Sabir BİNNƏTOĞLU
Ürəyimin səsi
BAKI-2015
Redaktor: Rahim Əlizadə (nəzm üzrə)
Redaktor: Nəriman Zeynalzadə (nəsr üzrə)
Ön sözün müəllifi: Sahib Qurbanov
Korrektor: Morux Qurbanova
Koordinator: Lalə Mikayılzadə
Sabir Binnətoğlu. Ürəyimin səsi.
BXQR, Bakı-2015, səh. 300
Təlatümlü, bir az da dövründəki, zəmanəsindəki haqsızlıqlara boyun əyməyən və hər yerdə həmişə öz sözünü deməyi bacaran, poeziyanın daşlı-kəsəkli yollarında hərdən büdrəsə də, təslim olmayan Sabir Binnətoğlu növbəti dəfə oxucularının görüşünə sayca 5-ci - “Ürəyimin səsi” kitabı ilə gəlir. Kitaba vətən duyğulu, Göyçə həsrətli, məhəbbət hərarətli, rastlaşdığı yabançı hallara etiraz, dosta sədaqət ruhlu şeirlər, məntiqi və hikmətli deyimlər, hekayə və publisistik yazılar daxildir.
S. Binnətoğlu qələmiminin məhsulları olan “Sən olmayanda”, “Gecənin aydınlığında”, “Məndən inciyən çiçək”, “Mənzum məhəbbət məktubları” kitabları da oxucu rəğbətini qazanıb.
Dostları ilə paylaş: |