Hörmətlə: Sabir Binnət
Şairin sevincinə şərik olduq
Dünən Gəncədə yaşayıb yaradan, ömrünün keşməkeşlərini yazdığı şeirlərin misralarında ifadə etməyə çalışan dəyərli dostumuz Sabir Binnətoğlunun doğum günü idi. Bu münasibətlə qocaman jurnalist həmkarım Sabir Yaşar və mən bu qəlbi kövrək şairin şəninə kiçik məclis düzəldib onun könlünü xoş eləməyə cəhd göstərdik. Onun sağlığına badə qaldırıb, onun sevincinə şərik olduq...
Sabir Binnətoğlunu facebook səhifəsindən tanıyanlar onun haqqında yəqin ki, kifayət qədər məlumata sahib deyillər. Uzun-uzadı yazmayacağam, deyərlər ki, yubilyarı tərifləyib reklam edir. Qısaca, bilin ki, bu adam Dağlıq Qarabağda gedən qızğın döyüşlərdə iştirak edib, ömrünün 15 ilini səngərdə keçirib, qəmli-qüssəli şair ömrü yaşayır. Bilin ki, bu təvazökar şair millət, vətən yolunda ölməyə hazır olan vətəndaşlarımızdandır. Allah canına qıymasın.
Əziz dostumuz, bir daha sənin ad gününü, dünənki şad gününü təbrik edirəm. Sənə xoşbəxtlik, firavanlıq, ən əsası can sağlığı diləyirəm!
Şeirlərin sevimli, qalan ömrün mənalı, işlərin avand olsun! Arzuların çin olsun!
Doğum günün mübarək!
Dostları ilə paylaş: |