Mehman Qasımov
Şagirdlikdən xatirə
1972-ci il idi. Kənddə 8-ci sinfdə oxuyurdum. Şagird yoldaşım İsmayılgildə bərabər oxuyurduq. Gecə saat 4-5 arası olardı, durub gedəsi oldum. Hərdən təzə-təzə papiros cəkməyi öyrənmişdim. İsmayılgildən çıxıb, bir papiros yandırdım. Tüstüləyə-tüstüləyə kəndin ortasındakı dəyirmanın yanına düşdüm. Sadəcə 5 dəqiqə dayanmaq qərarına gəldim. Bu məqamda aralıdan bir ayaq tıppıltısı gəldi. Maraq üçün, qorxmadan dayanıb gözlədim. Gələn adam riyaziyyat müəllimim Məhərrəm müəllim oldu. Sən demə, bu da (böyüdükcə mənə çatandan sonra bildim) bizdən 3 sinif yuxarı oxuyan, öz şagird məşuqəsinin yanından gəlirmiş.
Müəllim:
-Nə gəzirsən bu vaxtı?
Mən:
-Müəllim, İsmayılgildən yoldaşlı oxumaqdan çcıxdım.
Müəllim:
-Qələt edirsən, o papiros nədi?
Mən:
-Heç nə, müəllim, papiros nədi? - Bu arada, papirosu ovucumda keçirib atmışdım.
Müəllim:
-Qaç tez.
Mən qaçıb itdim, evə getdim. Necə getdim, heç özüm də bilmədim. Yatıb-durmağımı bütöv itirdim. Nə başınızı agrıdım, sabah məktəbə getdim. 3-cü dərs riyaziyyat dərsi idi. Zəng vuruldu. Müəllim sinfə girdi. Qalxıb oturduq. Müəllim heç kimnən heç nə soruşmadan məni lövhəyə çagırdı. Müəllim, mənə yaxınlaşıb, aç kəmərini dedi. Kəməri sivirib müəllimə verdim. Müəllim kəmərin bir başını əlinə dolavıb, düz 15-20 dəqiqə məni döydü. Sonra “get, otur” dedi. Necə, nə cür oturacağımı və durub hara getməyimi də siz təsəvvür edin. Nə isə, evdə-ailədə gizlənə-gizlənə heç kimə heç nə demədim. Bu məsələ bura yazmağımdan başqa, hələ də sirr olaraq qalıb. Kim nə soruşdusa, dedim, bilmirəm.
Dostları ilə paylaş: |