Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə109/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   105   106   107   108   109   110   111   112   113
Şagirdlik illəri
Nə gözəldir ömür-günün illəri,

Yola salır ömürdən fəsilləri.

Ömrümüzün ən qızıl səhifəsi,

Ən gözəli, o şagirdlik illəri.



13.10.2014, saat 22-50

Mollaların söhbəti
Bu gün bir çayxanada qulaqlarımla bir söh­­­­bə­tin şahidi oldum.

Dörd molla bir masa arxasında əyləşib, çay süfrəsində domino oynayırdılar. Mən və üç yoldaş isə böyür masada idik.

Mollalar söhbət edirdilər.

Biri:


-Aya, nə cür gedir işlər?

Digəri:


-Zəiflikdir.

O birisi:

-Sizlərdə nə təhər?

Başqa birisi:

-Ölən yox, qazanc yox, necə olmalıdır?

Birisi:


-Demə-demə, yenə mərasim çox olanda başımız bir az qatılır.

Yenə:


-Yaxşı olar, allah yetirəcək.

Digəri:


-Hələ var, dolanırıq də, amma kasad­çılıqdır.

Bu sözləri eşidib, mizdən durmaq istədim.

Qocaman bir dost qolumdan aşağı çəkdi.

-Şair, sizi duydum, otur, bizə hörmətli yanaş. Durarıq beş-üç dəqiqəyə, - dedi.

Qısa desək, bizim masada mübahisə ya­randı və biri-birimizə təsəlli verərək, başqa ma­saya keçdik. Bu mürtəd ölüsevər və ölü hesabına pul qazananlar ucbatından.

Millətin qeydinə qalmaqdan, dərdimiz az imiş kimi, bu gün də qanımız belə qaraldı.

Baxın, elə buradaca çoxları agzı dolusu imannan-dinnən dəm vurur.

Budurmu sizin dininiz? Millətin qırılmağını qazanc mənbəyi bilirsiniz.

Molla işləri bu dinin onurğa sütunudur. Tək namazla heç nə bitmir.

Nə vaxt bu dinə xidmət edənlər saflaşa­caqsa, o zaman onun mollasını da qəbul edə­cəyəm !



Hörmətlə, Sabir Binnət


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin