12 iyun 2014
Oğlum evlənmək istəyir
Bu gün çayxanada, 4-5 nəfərlə bir masada çay içirdik. Bir xeyli keçmiş, əyləşən yoldaşların və mənim tanıdığım bir kişi gəldi.
Bir az ordan-burdan söhbət etdik, keçmişdən-gəlmişdən gaplaşdıq. Bu təzə gələn qoca bizə bir şad xəbər demək istədi.
“Buyurun dedik” hamımız ona.
-Baxın, bəlkə, mənə kömək edəsiniz, oğlumu evləndirmək istəyirəm.
-Bu, gözəl, şad əməldir-, dedik,- mübarək olsun.
Birdən bir dayı soruşdu:
-Hansı oğlunu?
Baba dedi:
-Balacanı.
Birisi soruşdu:
-Bəs onun neçə yaşı var?
Baba bedi:
-47 yaşı var, hələ evlənməyib, oğlan uşağıdır.
Birdən birisi dedi:
-Yalançının atasına lənət.
Bu mübahisənin davamı öz yerində,
Sizcə, 47 yaşında “oğlan xeylağı” nə deməkdir ?
Bakirə qız xeylağını başa düşürük.
Əhvallaşma
Bu gün çoxları ilə görüşsəm də, 5-6 nəfərlə bir masada əyləşdik. Daha hörmətim olan birisindən soruşdum:
-Bəs sənin kefin-halın?
Dedi:
-Çox sağ olun, şükr Allaha. Lap əladır.
Soruşdum:
-İşin-gücün, necə dolanırsan?
Dedi:
-Şair, güya bilməyirsən?
Dedim:
-Vallah, bilsəm, soruşmazdım.
Dedi:
-Şair, lap zibil kimi.
Dedim:
-Ayə, dedin ki, bəs hər şey əla.
Dedi:
-Dedim, vallah, bəs nə deyim?
Dedim:
-Əla nədir, zibil nədir,
Hər ikisi bir rəfdədir.
Nə vaxt onu seçərsiniz,
İnsan olmaq sizinlədir.
Dostları ilə paylaş: |