Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə111/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   105   106   107   108   109   110   111   112   113
14.07.2014, saat 18:10
Gəzən ayağa daş dəyər
İndi də deyirlər ki, çox gəzən ayağa daş dəyər. Mənə deyən yoxdurmu ki, ay bədbəxt şair, niyə öldüyün yerdə ölmürsən?

Bu gün səhər vaxtı durub şəhərə çıxdım. Müəyyən yoldaşlarla görüşmək fikrim var idi.

Bir yoldaşla görüşüb bir az söhbət et­ dik. Bu yoldaşdan ayrılıb, Gəncə Şəhər İcra Hakimiyyəti binasının arxasındakı yol ilə ara­bamla aşağı səmtə gedirdim.

Bu məqamda yolun tən orta hissəsində əlində əsası olan bir adamı əyilib və çöməl­miş vəziyyətdə gördüm. Dərhal onun qaba­ğın­da dayanıb ona yardım göstərməyi his­simə aldım. Dayandım və ona yardım gös­tər­mək üçün düşüb, cəld olaraq ona ya­xın­laş­dım. Adam əlindən telefonunu salıbmış.

Mən ona kömək etmək istədim. Bu mə­qamda bir çox avtomobil sahibləri yolu kəsil­miş kimi dayanıb mənə hücum etdilər. Onlar nalayiq və hörmətsiz sözlərlə mənə hücum etdilər. Eyni zamanda əhvalatı duymuş kimi polis nəfərləri töküldülər. Ciddi və böyük mü­bahisə yarandı.

Dilim ağızımda qurumuşdu. Məni polislər məsuliyyətə cəlb etmək istəyirdilər. Bu mə­qam­da yolun qırağından iki xa­nım bu əh­valatı seyr edirlərmiş. Polislər məni aparmaq məqamında həmin xanımlar yaxınlaşdılar və polislərə “Siz nə etdiyinizi bilirsinizmi?” so­ruş­dular.

Polislər:

-Sizə nə, xanım?- cavab verdilər.

Xanımlar:

-Bu adam xeyirxahlıq naminə dayanıb, siz onu özünüz də bilmədən təqsirkar edir­si­niz. Budurmu sizin haqqınız?

Polislər:

-Xanım, bizə belə deyiblər.

Xanımlar:

-Qələt ediblər, sizə səf deyiblər. Buraxın, bu kişini, gedib araşdırarsınız.

Nə isə bir təhər o xanımların hesabına kömək etmək istədiyim əlilin şərindən ca­nımı qurtara bildim.

Ancaq o xanımlara təşəkkür edə bil­mə­dim.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin