16.04.2014, saat 23:20
Uçma, xanım
Uçma, xanım, uçma elə,
Uçub hədər, getmə yelə.
Zərər dəyər əndamına,
Lütfi-camal, incə belə.
17.04.2014, saat 18:55
Məni unut
Get gülünün tacını tut,
Unut xanım, məni unut.
Çox cətin ki, səni sevə,
Sınmış qəlbə yoxdur umud.
Məhəbbəti su etdilər,
İçib, sonra yan getdilər.
Səni sevmərəm dedilər,
Unut xanım, məni unit.
Gəl Sabirli dərdə yanma,
Salıb sən biganə qalma,
Vüsalına həsrət salma,
Unut xanım, məni unut.
17.04.2014, saat 18:20
Əziz qadın dostlar, heç nəyə gücüm çatmasa da, bu zəif şeir parçası ilə sizlərin qarşıdan gələn bayramınızı təbrik etməyi, tutar-tutmaz özümə borc bildim. İradlarınızı böyük məmnuniyyətlə qəbul edərəm, öz qardaşınız kimi.
SƏKKİZ MART
Səkkizi mart bayramı,
Bürüyübdür dünyanı.
Gəlin təbrik eyləyək,
Qız-gəlini, ananı.
Bəşəri bir qüvvəsən,
Həm zərifsən, incəsən.
Xaruqələr xəlq edib,
Həyata nur səpmisən.
Arzuların gün olsun,
Gül olsun, güllə dolsun.
Deyək, mübarək olsun
Səkkizi martın sənin,
Həyatın nurla dolsun!
Hər günün bayram olsun!
Kimə nə var?
Sevgilimlə danışıram, kimə nə var?
Öz oduma alışıram, kimə nə var?
Mən çalıram,"tutar qatıq, tutmaz ayran,''
Taleyimlə yarışıram, kimə nə var?
Dostları ilə paylaş: |