Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə34/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   30   31   32   33   34   35   36   37   ...   113
27.04.2014, saat 11:30


Balası yanında
Balası yanında boylanır yana,

Tuş gələr ovcuya, yada, nadana.

Hər yavru dərdini çəkər tək ana,

Yavru cəfasını çəkən, ay ceyran.



04.05.2014, saat 00:45

Nədəndi?
Rast gələn sevgililər,

Bilmirəm bu nədəndi.

Bir-üç günə itirlər,

Bəlkə, zəmanədəndi?


Taleyimmi qaradı,

Qəlbim para-paradı?

Alın yazım talandı,

Bu bəd əməl nədəndi?


Təbiətin əməli,

Qoyulubdur təməli.

Sabir Binnət, qəm əli,

Allah, görən nədəndi?



27.04.2014, saat 00:50


Ay güllər
Güllər, ay güllər, gəl könlümü bəzə,

Könlüm istər, sizlə bərabər gəzə.



04.05.2014, saat 22:42

Getdiniz
Mənim göyərçinlərim,

Niyə uçub getdiniz?

Qanad çalıb havaya,

Məni məğrur etdiniz.


Boylandım sizə sarı,

Bölündüm iki yarı.

O uçan kimin yarı?

Məni qoyub getdiniz.


Sabir Binnət qanadsız,

Uçmağa olub halsız.

Taleyi dönüb falsız,

Niyə dönüb getdiniz?



02.05.2014, saat 16:15

Ana ceyran
Yagış gölü elə olmaz,

Yata-yata su udulmaz.

Xətalara göz yumulmaz,

Keşik çəkir ana ceyran.



Lalələr
Onun biri mən olaydım,

Böyür-başa boylanaydım.

Gözümə dəyən gözələ,

Yerindəcə yar olaydım.



03.05.2014, saat 23:00
Ağlaram
Ağlaram, sənsiz ağlaram,

Könlümü yarıb, dağlaram.



Birgə görək
Sən ol mələk, mən bir ürək,

Sınmış qəlbi birgə görək.




Gəl, qovuşaq
Harda qaldın, xanım, harda?

Canım sənsiz qalıb darda.

Könül verib, könül aldın,

Gəl, qovuşaq bu baharda.



Ol
Uğurum ol, mələyim ol,

Könlümə dol, fələyim ol.



Ölürəm
Hələ ki bu gecəlik,

Sabah üçün ölürəm.

Sabah hər nə olursa,

Canlı qalsam, bölürəm.



09.05.2014

Canımdan alsın
O əsər mənəm ki, yaratdım onu.

Növbəti istəyən, canımdan alsın.



07.05.2014, saat 19:30
Kəpənək
Gəlib qonub yazı masam üstünə,

Tərpənməyir bu yerindən kəpənək.

Qarışıbdır canım beyin tüstümə,

Deyin, bəlkə, nə etməyi biz bilək.



08.05.2014, saat 22:20

***


Bu Nazmiye, canım benim,

Uğrunda canım vererim.

Damarımdan akan kanı,

Kalbimi yarıb, vererim.



22.02.2014

***
Nazmiye xanım, sizə mənim qəlb borcum var,

Onu sizə verəm, yetirsin pərvərdiyar.

20.02.2014


Ürəyini üzərlər
Bilirəm ki, sevgili yar, gözəllər,

Aşiqinə naz etməyi sevərlər.

Onun da bir ləzzəti var, dadı var,

Bir aşiqin ürəyini üzərlər.



29.4.2014, saat 21:20

***


Sevgilim, yağışa bax,

Gəl, tutub göyə çıxaq.



27.04.2014, saat 00:05
Könül aldım
İndi bildim könül, sevgi satılır,

Ucuz olan yan-dolayı atılır.

Sən demə, varım mənim varsa da,

Məni sevən, onda mənə qatılır.


Könül verdim, sən könlümü alasan,

Könül aldım, ürəyimdə qalasan.

Get, özün bil, bir söz demərəm sənə,

İstəmərəm bəd əməllə yanasan.


Sən Sabiri alovlayıb, köz etdin,

Sən söz verib, özün də kənar getdin.

Şişə taxıb Binnətoğlu qəlbini

Ara-sıra, gedib-gəlib göz etdin.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin