Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə46/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   42   43   44   45   46   47   48   49   ...   113
13.07.2014, saat 02:45

Olaydım
Bu rəssamın fırçası mən olaydım,

Əlindəcə quruyaydım, donaydım.

Hərgah könlü istəsəydi o zaman,

Sinəsinə kəpənək tək qonaydım.



08.07.2014, saat 01:38
Xeyr, görmədim
Nədir belə kinli cavab,

Heç olmasa salamım al.

Bəlkə, osa savab ola,

Kəlam dedim kəlamım al.



* * *

Salam, sabahınız xeyir!
Bax, bu başqa məsələ,

Gəl ruhumu təzələ.

Kobud cavab eylədin,

Bir az bundan əzələ.



* * *

dedim ki, yenə məndən incidin,

Bir sadəcə salam sözü istədim.

İndi bu dəm yenə hara çəkildin?

Heç olmasa ünvanını deyərdin.

Gözəl yağış
Nə gözəlsən, gözəl yağış,

Rahat olar hər islanmış.

Vallah, sənin qüdrətinə,

Dünya-aləm oyanarmış.



14.07.2014, saat 17:25
* * *

Bu dəhşətdir, bu ləzzətdir,

Bu möhtəşəm bir izzətdir.

21.07.2014, saat15:05.

* * *

Yavaş-yavaş günlər gedər,

Bu mənasız ömür hədər.

Durub yandan boylanarıq,

Yanımızdan gəlib ötər.

* * *

Bir Esmira, bir dostumız var idi.

Özü də ki, nazlı nigar, yar idi.

Çay gətir
Bu masaları düzəlt,

Bir pürrəngi çay gətir.

Bax, tutsun qonaqları,

Bu çayda olan ətir.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin