09.09.2014, saat 15:30
HANSINI?
İstərəm bir gül dərəm,
Çiçəklərdən hansını?
Hansı tez dillənərsə,
Dinməsə heç hansını.
15.09.2014, saat 22:25
GÖRƏNDƏ
Elə indi, bu zaman,
Can qalmadı görəndə.
Ağlım başımdan getdi,
Bu ceyranı görəndə.
Qənirsizsən, gözəlsən,
Gül-çiçəkdən əzəlsən.
Ürəyimi əzərsən,
Ceyran, səni görəndə.
Sabir Binnət zar-zarı,
Həsrətdə ahı-zarı.
Gəlmədi könül yarı,
Sevgisini görəndə.
15.09.2014, saat22:00
Bu dünyada doymadım
Uğurlu yol, özün bilən yaxşıdır,
Eşqindən ki, bu dünyada doymadım.
Görən hara gedir belə bu fayton,
Hec olmasa, bir məktub da qoymadın?
17.09.2014, saat 21:10
0 təkdi
O mənə bıçaq cəkdi,
Eşqimdə var, o təkdi.
Hərgah nəyi unutsam,
Qəlbimə toxum əkdi.
16.09.2014, saat16:10
* * *
Allah qəlbimi qırsın,
Çox incə və kövrəkdir.
Belə də bir şey deyil.
Hər xırda bir təklifə,
Tezcə edirəm meyil.
17.09.2014, saat 14:45
Tənha deyirəm
Sənsiz bu dünyada gərək deyiləm,
Onsuz da sözümü tənha deyirəm.
Dikmişəm gözümü, arzu-meyiləm,
Bəlkə, sən boylandın mən olmayanda.
20.09.2014, saat 22:50.
Leysan tökə
Kim üçündür, belə kinli baxışlar?
Leysan tökə, yumaq ücün yagışlar.
Tökdüm belə uğurunda göz suyun,
Göl yaratdı, göz damlası axışlar.
20.09.2014, saat 18:30
Bir gül gördüm
Bir gül gördüm al yamacda,
Ürəyimi o gül aldı.
Əl atdIm ki, gülü dərəm,
Dərilməmiş gül saraldı.
18.02.2014
Bir arayardın
Hədiyyə istəmək asanmı məgər?
Axtarıb-axtarıb, bir arayardın.
Könlüm bir hədiyyə olsaydı əgər,
Onu coxdan sənə bagışlayardım.
20.08.2014, saat 10:40
YETİR
İlahi, indi gördüyüm
Yuxumu özümə yetir.
Ya o gözəli nəsib et,
Ya da ki ömrümü bitir.
Gül ətirli qoxusunu,
Mələk kimi yuxusunu.
Sevgi dolu duyğusunu,
Allah özün mənə yetir.
Sabir dəli olmasınmı?
Yar eşqinə dolmasınmı?
Bir çiçəyə qonmasınmı?
Allah, onu özün yetir.
22.09.2014, saat 03:20.
Darıxıram
Hərdənbir karıxıram.
Nədənsə darıxıram,
Elə bil ki, içimdən,
Özümə yanıxıram.
03.09.2014, saat 12:43
Hə sözü
Gül dərərəm göy çəməndən,
Gəl gen gəzmə, gülüm, məndən.
Heç bilmirəm necə deyim,
Bir “hə” sözü bilim səndən.
Qoşuluram
Mələklərin arasında olarsan,
Qoşularam, sıranızdan taparsan.
Aparasız hara, lazımdır ora,
Düz-irəmə, əl-catmaza atarsan.
* * *
Bir xəyal canlandı sanki sinəmdə,
Dəniz də gözəldi, inan ki, sən də.
24 sentyabr, saat 18:25
SALAMLAR
Sabahınız xeyirlərlə açılsın.
Bəd əməllər, uğrunuzdan qaçılsın.
İşinizə uğurlardır diləyim,
Üzünüzə sevgi nuru saçılsın.
22.09.2014, saat 05: 55
EYLƏMƏ
Duyursan ki, səni sevdim,
O qədər də naz eyləmə.
Nə hə dedin, nə yox dedin,
Ümidimi az eyləmə.
Ay bivəfa, meyil saldım,
Əndamına baxıb yandım.
Naz-qəmzənə alovlandım,
Canın yansın, naz eyləmə.
Sabir Binnət sənə heyran,
Sən, ay gözəl, nazlı ceyran.
Canım sənə olsun qurban,
Gəl sən canın, naz eyləmə.
Dostları ilə paylaş: |