Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə56/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   52   53   54   55   56   57   58   59   ...   113
23.04.2014, saat 12:13

***


Ananın qədrini bilməyən adam,

Özüdür ki, özü, dünyada nadan.



16.03.2014

***


Ana bir dünyadır, ana uludur,

Övladın bəşəri, həyat yoludur.



16.03.2014

***


Düşmənlə divan bölməyən,

Ömründə o, divar hörməz.



14.03.2014

***


Ömrünü büst-bütün, dürüst vur başa,

Çalış ki, həyatda mənalı yaşa.



12.03.201

***


Mənəvi dəstək maddi dayağın onurğa­sı­dır.

12.03.2014

***


Tənbəl deyir: -Əlim demir.

12.03.2014

Olaydı
Deyirəm, tək mənim dərdli, dərdlilərə şərik olan olaydı,

Təkcə o da özü dərdli, intizara şərik olan olaydı.



27.04.2014, saat 02:00

***


Ehh..., deyirəm
Saray şairindən-zaddan olmadıq.

Bəlkə, deputat-filan zad olardıq.



26.04.2014, saat 15:35

***


Həm biədəb, xarici dəb, göstər baxaq,

Bizə yol göstərməsin gələn hər sarsaq.



13.03.2014

Sözün varsa
Sözün yoxsa, söhbətimə qarışma,

Söz deməklə, at çapmağa çalışma.

Söz dünyası nədən belə bəhs edir,

Söz bilmədən söz bilənlə yarışma.



30.04.2014, saat 20:00

***
Ay camaat, mən oğruyam, mən oğru,

Var-dövlət yox, cah-cəlal yox, pul da yox.

Min yalanı yıxar təkcə bir doğru,

Saf əməlin oğrusuyam, qəlbi tox.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin