Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə76/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   72   73   74   75   76   77   78   79   ...   113
19.04.2014, saat 15:13
Yazıq ürək
Hər dərədə, hər çuxurda, obada,

Harda olsan, gəlir gözə, o yada.

Könül istər, o, yatmışı oyada,

Yazıq ürək, harda görmürəm səni?


Səsin gəlir, həm dayazdan-dərindən,

Bu dünyanın, ən qaniçən dəbindən.

Kefi yüksək olanların dəmindən,

Yazıq ürək, harda görmürəm səni?


Sevgi-sayqı, məhəbbətin yolunda,

Həm gəzirsən sədaqətin qolunda.

Həm də nahaqq, dəlalətin qolunda,

Yazıq ürək, harda görmürəm səni?


Canlıların hər növünün zatında,

Təbiətin, bu dünyanın adında.

Yerin yeddi, göyün yeddi qatında,

Yazıq ürək, harda görmürəm səni?


Qəddar-cəllad, qan içən sinəsində,

Məmur-rəhbər, cangüdən sinəsində.

Sabir Binnət, qəlb ütən sinəsində,

Yazıq ürək, harda görmürəm səni?




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin