Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə86/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   82   83   84   85   86   87   88   89   ...   113
10.06.2011, saat 01:30

VAR
Sən demə bu məmləkətdə,

Altdan-altdan qatan da var,

İnciyərək düz sözümdən,

Mənə bıçaq atan da var.


Öz sözündən ləzzət alıb,

El sözündən yanda qalıb.

Söz tullayıb, közdə yanıb,

İnsafını atan da var.


Kənd-kəsəkdən gələnlərə,

Quyun-quzu görənlərə.

Şair qəlbi bölənlərə,

Lağ-bəzəmə atan da var.


Kimləri nə tanıyırsan?

Sabir Binnət, anmayırsan.

Qardaş-bacı sandıqların,

Dərdlərinə yandıqların.

Bəziləri hərdəmxəyal,

Bəzi hər növ adam da var.



06.07.2014, saat 21:15


Gedirəm kecabəmi yudurtmaga
Son zamanlar xoşum gəlir ölməkdən,

Xəyalımı torpaq ilə bölməkdən

Qara zülmət necə olur görməkdən,

Kecabəmi yudurtmaga gedirəm.


Gedirəm e…, bir də gələm-gəlməyəm.,

De, ya qismət, bəlkə, səni görməyəm.

Kədərimi hec səninlə bölməyəm,

Kecabəmi yudurtmaga gedirəm.


Deyirlər ki, fəna dünya əbəsdir,

Ölüm yolu son zaman bəhsə-bəhsdir.

Sabir Binnət, nə yaşadın, o bəsdir,

Kecabəmi yudurtmaga gedirəm.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin