Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə91/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   87   88   89   90   91   92   93   94   ...   113
20.09.2014, saat 19:00
Sözümün nökəriyəm
Deyirəm hamılara,

Sözümün nökəriyəm,

Səmimi insanlara

Səbrli, övkəliyəm.


Olmasın cin donunda,

İtəcəkdir sonunda.

Bir saf vicdan yolunda,

Gözümü tökməliyəm.


Sabir Binnətdir adım,

Saf vicdandan doymadım.

Haqqı yerə qoymadım,

Nahaqqı sökməliyəm.



13.10.2014, saat 18:45

Ağlasınlar
Beş-on nəfər taparammı,

Diri-diri ağlasınlar?

Öləndən sonar heç məni,

Torpağa da qoymasınlar.



13.10.2014,saat 21:40
Şair olsaydı
Hər cızma-qaradan şeir olsaydı,

Hər şeir yazandan şair olsaydı.

Onda gərək bizim bütün pişiklər,

Hamısı şeirli şair olaydı.



17.10.2014, saat 08:20


Baxım, görək
Əleykümə salam, ürək,

Gəl bir sənə baxım, görək.

Öldüm, Allah, öldüm, vallah,

Allah özü olsun kömək.



19.10.2014, saat 16:40


Tövsiyyə
Oyunbazlar ucbatına viran qalan dünyanın,

Son məqamı, son taleyi nökərlərdir, oyanın.




Bağışla

Millətim əzabda, zülümlər çəkir,

Saxta xəyallara tər güllər əkir.

Ac qarın, ətrinə bülbüllər səkir,

Allahım, bağışla, məni bağışla.
Mən də əlacsızam, dinləyənim yox,

İnləyir cəsədim, ürəyimdə ox.

Haqqa sığınıram, ürəyimdir tox,

Allahım, bağışla, məni bağışla.


Sabir Binnət deyər haqqı düzünə,

Naxələfin, nadürüstün üzünə.

Haqq sözünü, nahaqq sözün sözünə,

Gücüm çatmır bu gün belə özümə,

Allahım, bağışla, məni bağışla.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin