29. 07.2014, saat19:15
* * *
Sabir Binnətoglu:
-Dəyərli LALƏ xanım,
Əlləriniz var olsun.
Qoy sizə şər atanın,
Dilləri də lal olsun!
Lale Mikayilzade: -Amin!
31.05.2014, saat 00:30
Zeynəb xanım
Gözəl gününüz olsun,
Eşqinizə nur dolsun.
Hərgah kənar olmayıb,
Daim sizinlə olsun!
03.06.2014, saat 12:10
İradə xanıma
Çox fikir etməyin, İradə xanım,
Nə qədər qorxsa da, gələcək dilə.
Gec deyil, zamanı yeni duydunuz,
Hələ vaxtına var, bax indən belə.
03.06.2014, saat 23:30
Şəfiqə xanım Axundovaya
Mənim kimi qəmgin baxır həyata,
İnanmıram gecəni qəmsiz yata.
Gün üzündən yoxdur ona bir əhval,
Taleyini tutub bir qəmli xəta.
07.06.2014, saat 20:15
Aygün Şamıyevaya
Bu gəlin kimi yarıdır?
Utancaqdır, vəfalıdır.
Əlində bir gülü də var,
Vallah, deyən həyalıdır.
01.072014, saat 21:35
Aygün Şamıyevaya
Gör nə qədər gözəldir ki,
İşlərindən xoşum gəlir.
Gülüşü çox özəldir ki,
Dişlərindən xoşum gəlir.
01.07.2014, saat 20:40
Kəmalə xanıma
Elə bil şəkildən meh gəlir, gözəl,
İstədim hüsnünə mən yazam qəzəl.
Sən demə, gələrmiş bir huri-mələk,
Təbiət baxımlı bir xanım əzəl.
Dostları ilə paylaş: |