19.09.2014, saat 22:50
Böhtan atıblar
Salam, səmimi dostlara,
Ar olsun dost nadanlara.
Adını da bir yazarı qoyan bəzi beysavadlar,
Lalə Xanım Mikayılzadəyə böhtan atıblar.
Lalə Mikayılzadəyə
Güllər bənzədi gülə,
Dəqiq bənzəyirsiniz.
Yavaş, ay LALƏ xanım,
Gülləri əzərsiniz.
Göy cəməndə gül olub,
Lalətək gəzərsiniz.
30.09.2014, saat 19:15
Gözəlliyinə
Salamlar, ay AYSEL hanım,
Gözəlliyinə heyranım.
Ben şairim, sən sanatçı,
Belke bir aşk ünvanlayım.
12.10.2014, saat 17:00
Gözəlsiniz
Gözəl, ay LALƏ xanım,
Güllərdən gözəlsiniz.
Siz ehtiyatlı olun,
Gülləri əzərsiniz.
16.10.2014, saat 20:30
SƏADƏT xanıma
Gözəl-göyçək Səadət,
Sənlə olmasın bir dərd.
Taleyinə, gününə
Yönəlməsin hər namərd.
19.11.2014, saat 20:30
|
HEKAYƏLƏR VƏ PUBLİSİSTİKA
|
PAMBIQ TOPU
(Hekayə)
Bir yataq otağında idim. Nə o qədər qaranlıq, nə də ki, işıqlı deyildi. Hərdən olduğu kimi, ağzıüstə uzanıb yatmışdım. Belimin ortasından, iki kürəyin aşağışı hissədən üç bir davana yumruq dəydi. Yatmış vəziyyətimdən sol arxaya dönüb baxdım. Gözümə dəyən heç nə görünmədi. Uzanıqlı halda üç dəfə “bissimillah” deyib, yenidən sol və ağzı üstə çöndüm. Dərhal məni yenidən, başqa vaxtı görə bilmədiyim dəli yuxu basdı. Üç-beş dəqiqə keçər-keçməz həminki hal, olduğu kimi necə olmuşdusa, eləcə də təkrar etdi.
Ancaq, onu da deyim ki, yumruq o qədər də nə sərt, nə də ağır deyildi. Elə bil bədənimə pambıq topu dəyirdi. İncə və zərif əl yumruğu olduğunu sanki görürdüm.
Çox gənc və parlaq günlərimiz idi. Məni dəlicəsinə sevən və mənim yavaş-yavaş hiss etdiyim, mənim də özümün onu sevməyə başladığım bir vaxtdan söhbət açıram. Bu ən xırda bir epizoddur. Həmişə olduğu kimi, adı da, özü də ömürlük ürəyimə həkk olub silinməyən, məxfi saxladığım o qızla yenə də görüşdük .
-Salam...!
-Salam...!
O mənə, mən ona baxıb nədən söhbət açmağımızı bilmirdik. Axşam qaranlığı və payızın soyuq günlərindən biri idi. Utandığımdan sir-sifət və bədənim tər suya qarışmışdı. Əlimdə köhnənin qızıl tərkibli, qayışı qırılmış bir saatım var idi. Onu əlimdə qurdalayırdım. Birdən o qız :
- O nədi, ver ona baxım-, dedi.
Mən isə, saatımdır, qayışı qırılıb, sənə aid deyil, kişi üçündür-, dedim.
Qız :
- Eybi yoxdur, ver baxım-, dedi.
Mən:
- Sənə qadın üçün alaram, həm də ..., (nişan saatı olar sözlərini deyə bilmirdim) onda çoxlu baxarsan.- danışdıqca dilim topuq vururdu.
O qız:
- Demirəm ver, baxım-, deyərək əlimdən almaq istədi.
Onun əllərindən əllərimlə möhkəm tutuşdum. Bir anlıq mənə elə bil əlavə bir güc gəldi. O qızın titrəyən əllərindən özümə tərəf çəkdim. Tutar-tutmaz dərhal əllərimi buraxıb o qızın belindən qucaqladım. Onu özümə çəkib utancaq və sevinc dolu gözlərindən oxuduğum kimi, sayrışan dodaqlarından öpməyə başladım. Necə qucaqlaşmışdıqsa, özümüzdən asılı olmayaraq, o vaxt ayrıldıq ki, dan yeri sökülüb, sərçələr oxuyur.
O qız:
- Məni öldürəcəklər deyib, - mənə üç bir davanla yumruq atıb qaçdı. Mən isə saatımı da itirib, yarım ölmüş kimi mənzilimə tərəf yollandım. Ancaq gözüm arxada idi.
Yenə arxası və sağ tərəfə dönərək gözlərimdə canlananı həsrətlə könlüm axtarırdı. Qəfildən dik atıldım. Yenə olduğu kimi üç dəfə “bisimillah” dedim və gördüm ki, sağ çiynim üstə, sağ qolum baş altıma uzanıqlı vəziyyətdə öz yatağımda yatıb oyanmışam.
Hardasan?
Bir zamanlar, bir çəməndə gəzişərdik, hardasan?
Hasar dibi, gecə zinrik, öpüşərdik, hardasan?
Gül dərərdik, məhəbbətin dəryasından, çayından,
Həzin-həzin, xəlvət-xəlvət görüşərdik, hardasan?
Xatirimdən çıxmayırsan, hər zaman, qəlbimdəsən,
Halım bərbad, sən oldun yad, könlüm fəryad, hardasan?
Xəyalımda, qənşərimdə canlanırsan həmişə,
Elə bil ki, körpə kimi nazlanırsan, hardasan?
Qismət ola, məhəbbətlə sənlə gülək hər zaman.
Canlanasan ürək dolu eşqımızlə, hardasan?
Xatırlayıb əski günü, dön geriyə, hardasan?
Xəyal oldun, ömür gödək, söylə görək, hardasan?
Gül ətrini sən bəxş edib, qeybə çıxdın gözümdən,
Mən də güldüm, yadındamı güləndə sən, hardasan?
İndi kimin sinəsinə yar oldun sən, ay gözəl?
Məndən uçub, hara gedib, hara qondun, hardasan?
Fikrim çaşır, hər yadıma düşəndə sən, hər zaman,
Sən Sabirin qucağında sönməliydin, hardasan?
Dostları ilə paylaş: |