Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə108/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   105   106   107   108   109   110   111   112   113
Mehman Qasımov


Şagirdlikdən xatirə
1972-ci il idi. Kənddə 8-ci sinfdə oxu­yur­dum. Şagird yoldaşım İsmayılgildə bərabər oxu­yurduq. Gecə saat 4-5 arası olardı, durub ge­də­si oldum. Hərdən təzə-təzə papiros cək­məyi öyrənmişdim. İsmayılgildən çıxıb, bir pa­piros yandırdım. Tüstüləyə-tüstüləyə kəndin ortasındakı dəyirmanın yanına düşdüm. Sa­dəcə 5 dəqiqə dayanmaq qərarına gəldim. Bu mə­qam­da aralıdan bir ayaq tıppıltısı gəldi. Ma­raq üçün, qorxmadan dayanıb gözlədim. Gə­lən adam riyaziyyat müəllimim Məhərrəm mü­­əllim oldu. Sən demə, bu da (böyüdükcə mənə çatandan sonra bildim) bizdən 3 sinif yuxarı oxuyan, öz şagird məşuqəsinin yanın­dan gəlirmiş.

Müəllim:

-Nə gəzirsən bu vaxtı?

Mən:


-Müəllim, İsmayılgildən yoldaşlı oxu­maq­dan çcıxdım.

Müəllim:

-Qələt edirsən, o papiros nədi?

Mən:


-Heç nə, müəllim, papiros nədi? - Bu ara­da, papirosu ovucumda keçirib atmışdım.

Müəllim:


-Qaç tez.

Mən qaçıb itdim, evə getdim. Necə get­dim, heç özüm də bilmədim. Yatıb-durmağımı bütöv itirdim. Nə başınızı agrıdım, sabah mək­təbə getdim. 3-cü dərs riyaziyyat dərsi idi. Zəng vuruldu. Müəllim sinfə girdi. Qalxıb oturduq. Müəllim heç kimnən heç nə so­ruş­madan məni löv­həyə çagırdı. Müəllim, mə­nə yaxınlaşıb, aç kəmərini dedi. Kəməri sivirib müəllimə ver­dim. Müəllim kəmərin bir başını əlinə dolavıb, düz 15-20 dəqiqə məni döydü. Sonra “get, otur” dedi. Necə, nə cür otu­ra­ca­ğımı və durub hara getməyimi də siz tə­səvvür edin. Nə isə, evdə-ailədə gizlənə-giz­lənə heç kimə heç nə de­mədim. Bu mə­sələ bura yaz­mağımdan baş­qa, hələ də sirr ola­raq qalıb. Kim nə soruşdusa, dedim, bil­mirəm.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin