04.07.2011
Goyçəli Eldar Həsənliyə
Şəninə gəlmədim, düşmən olubsan.
Vayıma gəlməyib, yanda durubsan.
Ay Eldar Həsənli, öz aləmində,
Bu yetim Sabirə qınaq qurubsan.
Bir bax, gör günahkar sənsən, yoxsa mən,
Mənəmsə yuyaram, deyərsən, həmən.
Yoxsa ki, səhvini duyarsan özün,
Duysan, günahından keçərəm həmən.
Sabirəm, dünyanın varidatında,
Dünya sərvətinin dadı adında.
Gözüm yox, hər zaman nəyə dönsə də,
Tək dədə görmüşəm Binnət adında.
14.11.2013, saat 21:20
VƏTƏN
Bu torpaqda var hənirim,
Bölünərəm dilim-dilim.
Kəsilərsə səs-səmirim,
Vətən, səndən ayrılmaram.
Son nəfəsim olsa belə,
Getməyimi tutma dilə.
Cismim gedər doğma yerə,
Vətən, səndən ayrılmaram.
Vətən deyib, Vətən andım,
Vətən, sənə vardır andım.
Vətənə qurban yarandım,
Vətən, səndən ayrılmaram.
Sabir Binnət nəzərində,
Şeir, nəğmə, qəzəlində.
Vətən dadı gözlərində,
Vətən, səndən ayrılmaram.
Dostları ilə paylaş: |