07.07.2014, saat 20:40
İnanmıram özümə
Bu mənəmmi, görürəm?
İnanmıram özümə.
Dünən deyən, can balam,
Bu gün dəymir gözümə.
O mənim anam idi,
Ömrümə yanan idi.
Ömrünə yaman idi,
Anam sığmır sözümə.
Sabir Binnət, adıma,
Ana təkdir vadıma.
Dünya gəlmir yadıma,
Su tökülüb közümə.
15 avqust 2013
Yarandım
Yarandım, dünyaya niyə yarandım?
Yarandım dünyaya, oldu bir andım.
Vallah, yer üzündə allahım olan,
Tək məni bəxş edən anamı andım.
06.12.2014, saat 19:20
Sözüm var
Anamın canını tapşırdığı gecəsi
13 avqust 2013, saat 04:40
Gedirsən, yaxşı yol, məni də gözlə.
“Gül balam” dediyin o şirin sözlə.
Övlad tək gördüyün səmimi gözlə,
Ana, duymadığın sənə sözüm var.
Onsuz da qayıtmaq yoxdur gümanın,
Bitibdir həyatın, dövrün, zamanın,
Qaldı fələklərə sənin yamanın,
Adımdan adına, ana, sözüm var.
Tək getmə, gedirsən, məni də apar,
Sənsiz bu dönyada başqa kimim var?
Söylədinmi kimə, kimlərə sada,
Sizə tək əmanət, bir Sabirim var?
Dostları ilə paylaş: |