08.02.2014
Yarpaq tökümü
Gəl, anam, gözləyir səni gözlərim,
Ömrümün sonuna səni özlərim.
Yoxuymuş bu dünya bir zərrə qədər,
Dolubdur bu sinəm, vardır sözlərim.
De, kimlə bölüşüm, ana, sirrimi?
Bəs necə çatdırım sənə sirrimi?
Sızlayan canımın, sınmış qəlbimin,
De, kimnən soruşum sənli sirrimi?
Sabir Binnət, qədir-qiymətli günü,
Ana, sənlə oldu, əsər bükümü.
Sən ki, yoxa çıxdın, mənsiz yoxluğa,
Başladı baharın yarpaq tökümü.
29.03.2014, saat 20:00
Anam duraydı
Duraydı dünyada məni ağlayan,
Ömrümü, günümü mənə çağlayan.
Öləydim mən özüm, anam duraydı,
Belə bədbəxt günə məni bağlayan.
25.12.2014, saat 18:10
Dostları ilə paylaş: |