pублисист - журналист
AZƏRBAYCAN
Uğurunda qan tökülür,
Qalx, qalx dedim, Azərbaycan!
Şərəfinə dan sökülür,
Sənə qurban, Azərbaycan!
Sən qanımsan, həm canımsan,
Şöhrətimsən, həm şanımsan.
Tək məkanım, hər yanımsan,
Sənə qurban, Azərbaycan!
Sən gözlərimin işığı,
Həm nuru, həm yaraşığı.
Könlümün yanan işığı,
Sənə qurban, Azərbaycan!
Sabir Binnət, həm döyünər,
Qəlbi səninlə öyünər.
Hər kəsdə olmaz o hünər,
Sənə qurban, Azərbaycan!
18.10.2014, saat 18:40
Azərbaycan bayrağı!
Çox gözlər tökəcəkdir,
Eşitsin düşmən, yağı.
Çox zəfər edəcəkdir,
Azərbaycan bayrağı!
O, o qədər böyükdür,
Ürəyi dəlir dağı.
Düşmən ona dönükdür,
Azərbaycan bayrağı!
Dalğalanır dəniz tək,
Mehriban sevgi bağı.
Bağrına bas, qəlbə ək,
Azərbaycan bayrağı!
Ən möhtəşəm uludur,
Pozulmazdır növrağı.
Müstəqillik yoludur,
Azərbaycan bayrağı!
Səndə var böyük hünər,
Türkə türkün dayağı.
Sinəmiz sənə sipər,
Azərbaycan bayrağı!
Bax, ey Sabir, fərəhlən,
Türk dünyası sayağı.
Əsər yaz, şerə köklə,
Qəlbin ilham bulağı.
Şöhrət duyub, şən əylən,
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
16.11.2011, saat 01:30
Gələn nəsil
Mən görməsəm zamanı,
Görəcək gələn nəsil.
O duyğunu, bu anı,
Duyacaq duyan nəsil.
12.04.2014
Dağıldı millət
Söküldü zəmanə, dağıldı millət,
Doğru söz onlara olmadı ibrət.
Amandı birləşin, talandı qeyrət,
Bu gündən sabaha varmı zəmanət?
18.04.2014, saat 16:15
VƏTƏN
Canın verən, candan keçər mərd olar,
Cana qıymaz, yolunda namərd olar.
Şəhid verdin, neçə şəhid, sayı yox,
Vətən, sənə fəda olsun oğullar.
04.08.2014, saat 16:35
***
Ləzizdir mənə
Qara torpaq, sən nə əzizsən mənə,
Özüm bir əmanət gələcəm sənə.
İşıqlı dünyanın qaranlığından,
Sənin zinrik yuvan ləzizdir mənə.
28.11.2014, saat 21:55
Ахан Араз
Сяня шеир, дасtан йазыб чохлары,
Мин чичяkдян щяб tоплайыр бир ары.
Бир цряйи ики бюлцр, tян йары,
Гяссаб дейил ахан Араз, чайды о.
Гядиm Тябриз, щяр цряйя салыб из,
Бир дюйцнцр айры дцшян гялбиmиз.
Бир cыьыra иkи гардаш tаpmыр из,
Гяссаб дейил ахан Араз, чайды о.
Мцсtягил дя олсаm бу эцн юзцmя,
Инанmыраm mяндя олан дюзцmя.
Вящши беля, дюзmяз беля дюзцmя,
Гяссаб дейил ахан Араз, чайды о.
Йары бюлцб, cянуб-гярби орtайа,
Сызлайырыг бу mащалдан о tайа.
Доьmа гардаш дцшцб беля бялайа,
Гяссаб дейил, ахан Араз, чайды о.
Айры дцшцб доьmалар бир-бириндян,
Сахtа рящбяр, сахtа фикир дилиндян.
Айырыбды Азярбайcан елиндян,
Гяссаб дейил ахан Араз, чайды о.
Тябриз дейяk, Бакы деyяк, фярги йох,
Сабир Binnət, цряйини дешир ох.
Башга залыm дярд варmы бундан чох,
Гяссаб дейил ахан Араз, чайды о.
Dostları ilə paylaş: |