Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə36/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   32   33   34   35   36   37   38   39   ...   113
14.11.2013, saat 03:30


Eşqinə can atmaq
Eşqinə can atmaq bir növ bahardır,

Onda da könlünün arzusu vardır.

Güc gəlsə əzaba vicdan divanı,

Eşqi-məhəbbətin hikməti yardır.



24.12.2011

Bir az yatım ki...
İndi bir az yatım ki,

Sonrasına baxarıq.

Bəlkə, həmsöhbət olub,

Bəlkə də bir yanarıq.



17.05.2014, saat 17:00

Gözləmə məndən
Sən indi sevirsən, de, görum kimi,

Əbəsmi bilirdin mənim sevgimi?

Əvəz edəcəkmi başqası məni,

Yolların ayrıldı bəs niyə birdən?

Bir daha məhəbbət gözləmə məndən.
Yadındamı ayın doğduğu gecə,

Gəlmişdin göruşə oğrun, gizlicə?

Qorxudan hər yana baxırdın necə,

Söz verib and içdin: “Sənsiz gülmərəm,

Başqa bir sevgiyə könül vermərəm”.
Vəfalı olmağa əhdin var idi,

Gözlərinin suyu axar çay idi.

Qəlbinin şahidi baxan ay idi.

Ürəyim əbədi əl çəkdi səndən,

Yeni bir məhəbbət gözləmə məndən.
Vəd vermişdin ötən ilin yayında,

Toyumuz olacaq avqust ayında.

Qovuşmaq arzusu vardı payında,

Daha taleyimdə yoxsan o gündən,

Yeni bir məhəbbət gözləmə məndən.
O meyvə bağının alma ağacı,

Səmadan baxışı ayın qiyqacı,

Bəzərdi dağları, düzü, yamacı,

Boynuma sarılma, gəz, dolan gendən,

Bir daha məhəbbət gözləmə məndən.
Sevincdən üşüyüb hərdən donardım,

Başını sinəmə qoyub uyuyardın,

Qəlbimi həzincə soraqlayardın,

O sevgi, hərarət yoxdu dünəndən,

Yeni bir məhəbbət gözləmə məndən.
Sən deyildinmi “sevirəm” deyən,

Səndən başqasını sevmərəm deyən,

Yolunda canımı verərəm deyən?

Xəyanət eylədin, düşdün gözümdən,

Bir daha məhəbbət gözləmə məndən.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin