31.07.2010
Ay maralcan
Ay maralcan, de görüm sən,
Hardan bildin səninlə-mən
Bahəm dərdli, bir hallıyıq,
Səndə var mənim düşüncəm.
Salam, Bəturə xanım !
Dostluq dəvətimi, qəbul etməyiniz üçün, sizə təşəkkür edirəm. Səhifənizə nəzər salıb, indi, çıxıb gedirəm. Hərdən ola bilsin ki, sizə yenə qonaq olaq. Bu dəmlə gülə-gülə, ayrılıb indi mən gedirəm.
31.05.2014, saat 00:55
Aşiqini üzənlərə
Naz yaraşır gözəllərə.
Aşiqini üzənlərə.
Bir sevgiyə hakim olub,
Bir qələmə düzənlərə.
31.05.2014, saat 18:30
Həyat gözəldir
Yaşamaq da gözəldir,
Nəbzini tuta bilsək.
Məhəbbət lap əzəldir,
Qədrini bilə bilsək.
02.06.2014, saat 17:20
Məni, gözəl
Könül eşqim olsa sənə,
Duyarsanmı məni, gözəl.
Aşiq olsam özüm sənə,
De, yarsanmı mənə. gözəl.
Ümid verib, naz edirsən,
Harda görüb, yan gedirsən.
Vallah qəlbimi didirsən,
Gəl incitmə, məni, gözəl.
Sabir Binnət sənə qurban,
Yar, eyləmə bağrımı qan.
Bircə kəlmə sevməyi qan,
Atıb getmə məni, gözəl.
Dostları ilə paylaş: |