31.05.2014, saat 02:00
***
Kim istəməz
Özü gəl-gəl deyirsə,
Onu kim istəməz ki?
Madəm belə istəyir,
Heç kəs heç nə deməz ki.
07.06.2014, saat 18:50
Qədir bilməz
De, sən kimi sevdin, kimi sən, gülüm?
Bildinmi kiminsən, kimin sən, gülüm?
Bu qədər zamanla hiss etmədinmi?
Kiminsən, sən kimin, kiminsən, gülüm?
Kimə deyəcəksən ürək sözünü?
Bəs kimlə görürsən indi özünü?
Hər kimi sevsən də mənim sevgimin
Salma yad əllərə görən gözünü.
Daşdandır ürəyin, dəmirdir sinən,
Duymazdım yad qəlbi isidər sinən.
Get, sənə mən lazım deyiləm, gülüm,
Qoy səndən həzz alsın sənlə isinən.
Sabir Binnət, eşqin olub bu vaxta,
Qədir bilməz xanımlarla ayaqda.
Könül verdin hər məhəbbət bilməzə,
Bundan belə, yol vermə, ola saxta!
Dostları ilə paylaş: |