Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə41/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   37   38   39   40   41   42   43   44   ...   113
16.06.2014, saat 15:30

Bir gözələ
Ayə, bu cür gələn gözəl,

O, görən, kimin yarıdır?

Qoy hüsnünə yazım qəzəl,

Azərbaycan maralıdır.


Dünya-aləm ona baxsın,

Baxan gözlər heyran qalsın.

Görüm bu cür süzən gözəl

Dərd qanandan sevgi alsın.


Misli-tayı yoxdur onun,

Geyib ceyran-mələk donun.

Əndam, vücud, yaraşıqdan,

Yandıracaq nazı onun.


Hər görəndə əqlim çaşır,

Başımda fikrim dolaşır.

Yatsam belə röyam boyu,

Görünmək ona yaraşır.


Sabir Binnət, qəlbinə sal,

Bir dənizdir arzu-xəyal.

Ha gözlərin axtarsa da,

Qəlbini gör, təsəlli al.



20.01.2013, saat 15:30

Harda qalıbdır
Heç demirsən son zamanlar,

Bu Sabir harda qalıbdır?

Bəlkə, ona xərər dəyib,

Ya da o, darda qalıbdır.


Könlün yaman soyuqlaşıb,

Fikrin, aman oyuqlaşıb.

Yoxsa bu zaman bulaşıb,

Əqlim o yarda qalıbdır.


Duru, təmiz sandım deyən,

Öldüm, aman, yandım deyən,

Var Sabirə andım deyən,

O maral harda qalıbdır?




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin