Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə42/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   38   39   40   41   42   43   44   45   ...   113
02.12.2013, saat 00:40


Asan deyil
Et, nə qədər istəsən,

Qovuşmaq asan deyil.

Gərək risqə gedəsən,

Olsun ki, səndə meyil.



18.06.2014, saat 20:43
Dodaqlardan
Ay nazlanıb gələn gözəl,

Bəhməz dadan dodaqlardan.

Bir doyunca öpəydim kaş

Alma kimi yanaqlardan.


De, qoy gəlim ayaqyalın,

Neyləyirəm dünya malın.

Meyim olsun dodaq-balın,

Doymaq olmaz dodaqlardan.


Gəl önümdən çox daha keç,

Busə verib, doymağı seç.

Sabir Binnət doyarmı heç?

Dadlı qalan dodaqlardan.



01.11.2013, saat 23:15

Könül dincəlir
Deyirlər, meşənin gül ətri gəlir,

Gözlərim baxdıqca könül dincəlir.

Təbiət qoynuna baxan ürəyim,

Getdikcə nazilib, bir az incəlir.



03.07.2014.
Dedi
Səmt gəldim bir gözələ,

Götür, məni apar dedi.

Öp, qucaqla, doyma məndən,

Aşiq, yarla yatar dedi.


Bir qaranlıq isti otaq,

Qucaqlaşıb birgə yataq.

İkimiz bir odda yanaq,

Öldür məni, qurtar dedi.


Dünya-aləm gendir mənə,

Feyziyabam görməyimə,

Sabir, sənlə ölməyimə,

Heç doymadım, tutar dedi.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin