22.07.2014, saat 19:30
Bir xanıma
Ay qız, sənə gözüm düşdü,
De, mənə yar olarsanmı?
Varlığımdan çıxır tüstü,
Həsrətimə qonarsanmı?
Aşiq olmaq baxmır yaşa,
Təki məndən sevgi istə.
Səhnə olum, et tamaşa,
Oyna mənim sinəm üstə.
De bir kəlmə, bilim səndən,
Sən nagüman qalma məndən.
Təkcə “bəli” istəyirəm,
Bu canımı gəl, al məndən.
Hədsiz gözəl olmasan da,
Od könlümdə saldın yuva.
Dünya-aləm odlansa da,
Səndən gözəl yoxdur daha.
Sabir Qurban olar kömür,
Yanıb-yanıb, külə dönər,
Tər sevgiyə verib ömür,
Kərəm kimi yanıb sönər.
27.01.2013, saat 21:30
Çox görmüşəm
Yox-yox, xanım, şad olun.
Halları çox görmüşəm.
Demək olar vərdişəm.
Hec zaman öz qəlbimi,
Özümlə görməmişəm.
25 yanvar 2014
Gedən deyilsən
Bilirəm ki, sən məndən,
Qıraq gedən deyilsən.
Bir başqaya yar olsan,
Sən ki mənə meyilsən.
Hər yoldan keçənə
Bilsəm sevəcəksən, sevsən, sevərəm,
Hər yoldan keçənə könül vermərəm.
Tər könül yetişib döş qəfəsimdə,
Bir nazlı ceyrana qurban eylərəm.
Yazmaq istədim
Baxma xatirimə dəymisən, ancaq
Sinə xatirəmə yazmaq istədim.
Qəlbini könlümə bir gül dəstəli,
Məhəbbət əsəri yazmaq istədim.
Bir dərya məhəbbət olsa da belə,
Dəyişməm dəryanı o siyah telə.
Bu nə zamandır ki, var indən belə,
Kəsə, müxtəsəri yazmaq istədim.
Dedim, başa düşər o xanım məni,
Söyləyim xırdaca belə naməni.
Sabir Qurban, o duyacaqmı səni?
Qısaca, kəsəri yazmaq istədim.
Dostları ilə paylaş: |