15.05.2014
Deyin mən
Dünya bu gün gen başıma dar gəlir,
Söz deməyim ürəyimə ar gəlir.
Saxta şöhrət, bu dəm sinəmi dəlir,
Hansı sözlə usanıram, deyin mən?
Ərşdən-gürşdən, söz açmağı sevmərəm,
Tərif ilə yaşamağı sevmərəm.
Nadanlarla barışmağı sevmərəm,
Bəs hansı közlə yanıram, deyin mən?
Dilim gəlmir, millət kimi danışam,
Milliyətcə hansı millət varmışam?
Millət kimi Hun kökümü danmışam,
Hansı gözlə mən baxıram, deyin mən?
Od-alovdan, uzaq düşdüm elimdən,
Haqqdan yana, danışmaqdan dilimdən.
Harda dindim, topuz dəydi belimdən,
Hansı üzlə tanınıram, deyin mən?
Sabir Binnət ömrü boyu dərd çəkər,
Varsa da xan, deyin kimdi ki, nökər?
Xoş günündə, kədər əkər, qəm çəkər,
Üzü gülməz, yurdu görməsə əgər,
Hansı düzlə yanılıram, deyin mən?
Dostları ilə paylaş: |