10.05.2014, saat 17:50
* * *
Təbii ki, təbiətin özüdür,
Elə bu da bu həyatın gözüdür.
05.05.2014, saat 15:17
İtirib oxunu
İtirib oxunu, yer yırğalanır,
Vicdansız adamlar gur dalğalanır.
Asılıb kəndirdən bir nehrə kimi,
Dünyanın özü də zor çalxalanır.
14.05.2014, saat 20:30.
* * *
Sözün düzünü üzünə demək,
Səni ən çox istəmək deməkdir.
13.052014, saat 00:40
* * *
Dəliyə dair
Görk olar insana, özünə qadir,
Səhv olar taleyin, əməli nadir.
Ondadır həyatın böyük mənası,
Ağıllı səy düşə, dəliyə dair.
14.02.2014
* * *
Eşq səmimilikdir. Biz səmimi olsaq, eşqimiz də olacaq.
23.04.2014
* * *
Təsadüflər böyük həqiqətin memarıdır.
* * *
Dünyada hər şeyi pul həll edir.
15.05.2014
* * *
Boş-boş danışmaqdansa, dolu yatmaq yaxşıdır.
Bütün gecənin boyu bir tale baxışıdır.
Dostları ilə paylaş: |