19.05.2014, saat 01:12
* * *
Lap Məcnunun Leylisinə bənzədi.
Göz yol üstə, aşiq həsrətindədi.
03.06.2014, saat 12:57
* * *
Vətənə xidməti olan bir kəsin,
Vətən torpagında yeri var kəsin.
* * *
Bəndlər cəm bir fikrə yüklənsə də, hər bir bəndin tamam fərqli mənaları vardır.
Əməl
Ən vacibi onun əməldir, əməl,
Əməl olan yerdə dil qələt edər.
Eşidin, söyləyim şeirlə sizə.
Əməl dediyinə dil əməl edər.
04.07.2014, saat 13:40
Salam ilə
Əsas odur salamına,
Salam ilə cavab verək.
Kəlam alıb kəlamına,
Kəlam ilə cavab verək.
04.07.2014, saat: 14-20
* * *
Şairin hal-ruhiyyəsi,
Gətirir ilham pərisi.
02.10.2014, saat 17:4
Eyni daddır
( bayatı )
Hamısı eyni addır,
Hamısı eyni daddır.
Şirini nə dadıbsa,
Acısı eyni daddır.
10.07.2014, saat 17:45
* * *
Bəli, yəqin ki, birinci ana deyilən məxluq mövcud olub.
* * *
Düşüncə istəyi ödəyir,
İstək düşüncəni ödəmir
Hara getdi
Salam, zəhmət olmasa,
İmkanınız varsa da.
İstədim sizdən soram.
Yenə zəhmət olsa da.
* * *
İntihar edənlər yaşamaqdan bezən və canından doyanlardır.
* * *
Sülhsevərlər, dünyanın ən böyük qorxaqlarıdırlar.
Nigar Eliyeva, Fəqan Əsədzadə və Orxan Carçı bunu bəyənirlər.
Enfira Əliyeva:
-Qorxaqlıq acizlikdir. Sülhsevərlik xoş görüşdür, zənnimcə.
Sabir Binnətoğlu:
-Elə o sülhsevərlik acizliyin bir növüdür.
Qorxaqlıq da sülhsevərin söz kəsəri, möhürüdür.
Dostları ilə paylaş: |