20.07.2014. saat 15:40
* * *
Vətənə layiq olan bir damcı su olsam da mən, bu ağır gəlir yenə də, bir vətəndaş olmağımı deməyimdən.
21.07.2014,saat 15:30
* * *
Çalışın, şöhrətə yox, millət üçün yaşayın. Bəlkə, əcəl məni dedirdir, ancaq qəlbdən gələn kəlmədir.
22.07.2014, saat 22:30
Gəldi-gedərdir
Dünyanın ərşi də vallah hədərdir,
Gürşünə çatmağın gəldi-gedərdir.
Duyma ki, nəyisə əldə etməyə,
Həyatda qalmağın məhz bu qədərdir.
29.05.2014, saat 18:38
İç üzünü
Tərif etmə özünü,
Göstərdin iç üzünü.
Mirvariyə dönsən də,
Əyəmmərəm özümü.
10.08.2014, saat 15:40
Vızıldayır
Dostum ağcaqanad gəlib,
Qulağıma vızıldayır.
Qanımı sorub içməyə,
Yaltaqlanıb sızıldayır.
05.09.2014, saat 00:35
Yuxu gördüm
Gecəniz xeyirlə qalansın,
Kəm yatıb, nakam yuxu gördüm.
Dedim gedib, bir az da yatım,
Bəlkə, bir şirin yuxu gördüm.
12.09.2014, saat 04:00
* * *
Paxıllıq dərdi çəkiləsidir, dad saxtakar əlindən.
* * *
Ən böyük dərd və bəla, məhz elə budur.
Bu ox atan sanki, mənim rəsmimdir.
* * *
Yaltaqlığı olmayan məkanında qəribdir.
Hər yarananın taleyi zamanın əlindədir.
* * *
Min gözəlin alovuna yanmaqdan,
Bir çirkinin yanmış külü yaxşıdır.
* * *
Hisslər qəlbin dəryasıdır.
* * *
Yatmaqdan yaxşı hec nə yoxdur,
Adam ölür, göz hec nə görmür.
Dostları ilə paylaş: |