Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə7/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   2   3   4   5   6   7   8   9   10   ...   113
09.03.2014

Emine Öztürke ithaf
Təbliğ edir ölkəsini, elini.

Türk dünyası söhbətini, dilini.

Şu Emine çox laikli bir hanım,

Səlist bilir əməlinin sirrini.


Sabir Binnət, canın-cana bağlıdır,

Yurd-yuvadan, kalbin sənin dağlıdır.

Türk dünyası şərəfinə-şanına.

Türk adına, Türk qanına bağlıdır!



17.03.2014

Türkün bayrağı
Qalx, ey Türkün bayrağı,

Basılsın düşmən, yağı.

Dalğalan hər cahanda,

Dünyaya ol göz dağı.



20.08.2014, saat 01:15.

***
"Əsl Türk və Türkiyə Türk dünyasının onurğa sütunudur."









GÖYÇƏ HƏSRƏTİ

Qardaş, bu faciə
Dağıldıq-talandıq, düşdük düzlərə,

Qardaş, bu faciə, böyük əsərdir.

Yamandıq saxtakar yaltaq əllərə,

Haqsız kəlmə min haqlıya kəsərdir.


Dərdimi çəkənim varsa da, hanı?

Düzünü deyənin heç varmı sanı?

Adam bilirlərmi indi insanı?

Heç çıxma haşiyə, böyük əsərdir.


Dünən elə deyir, bu gün də belə.

Bu milət, bu dövlət axılır selə.

Sabir Binnət də ki danışır yelə,

Taleyi həll edən böyük bəşərdir.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin