06.11.2011
Dinləmir səsimi
Qəlbimin səsini hey dinləyirəm,
Dinləmir səsimi zavallı qəlbim.
Deyin, belə qəlbi mən neynəyirəm?
Dünyada nadürüst zamana gəldim.
16.05.2014, saat 02:30
Əmələ gəlməyibdir
Qırx il qulluq etdiyim sənət
Hələ əmələ gəlməyibdir.
Bir-iki günlük uc tutanlar
Yararlanıb, bol gül dəribdir.
12.05.2014, saat 23:30
Zalım fələk
Zalim fələk əl çəkməyir sinəmdən,
“Hə” almadım istədiyim sənəmdən.
Hardan biləm, görən, mənə nə dedi?
O dünyada necə xəbər tutam mən?
01.06.2014, saat 22:35
Ömür hədər
Yavaş-yavaş günlər gedir,
Bu mənasız dünya hədər.
Durub yandan boylanarıq,
Ömrümüzə dolub kədər.
16.05.2014, saat 17:15
Enfirə xanım!
Bizim xalqa inanmıram, ,
Bizim xalqa yaltaqlar lazım.
Kimə gərəkdir ki, bu şeir,
Hansı haqq-ədalətdən yazım?
Dostları ilə paylaş: |