Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə73/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   69   70   71   72   73   74   75   76   ...   113
30.07.2014, saat 03:25.

Uçarsan yelə
Tuş gəlmir sözümlə söhbətim belə,

Haqq sözü çatdıram ölkəyə, elə.

Sabir, nə işin var, dinməz otur sən,

Havayı gülləyə, uçarsan yelə.


Belədir dünyanın hökmü əzəldən,

Köhnə nıxta binə qoyma qəzəldən.

Hökmü də atanın keçir yüz əldən,

Bağlama boş kəmər, örkəni belə.


Övlad da ataya yad olub indi,

Dövran da, zaman da, vallah, çətindi.

Duyulmur bu hökm, sanki kimindi,

Uyma nahaq sözə, axarsan selə.



12.04.2014, saat 19:15

Atlara
Madəm o at ki, şəkil cəkdirəndir,

Onun on qəpiklik cürəti olmaz.

O da yaltaqlanıb, hörmət güdəndir,

Onda nə cəsarət, nə qeyrət olmaz.



09.01.2015, saat 17: 15
Qara yuxu
Namus, vicdan kasasına

Ala-bəzək dolubsunuz.

Haqq-ədalət masasına

Qara yuxu olubsunuz.


İçinizi yeyir qurdlar,

Yatıb yuxu vurursunuz.

Xainlər yuva qurublar,

Saxta meydan qurursunuz.


Boş-boş tərif həmişə var,

Bəd əmələ oturdunuz,

Dünya malın dünya alar,

Torpaq, diyar unutdunuz.


Sabir Binnət, mənim adım,

Haqsız-nahaqla oynadım.

Həyatda haqqa doymadım,

Qardaş, niyə durubsunuz?




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin