Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə8/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   4   5   6   7   8   9   10   11   ...   113
27.04.2014, saat 17:15


Vətən həsrəti
Vətən deyib həsrətinə göyərdim,

Ömrüm boyu, Göyçə olubdu dərdim.

Diyar məni haray salıb çağırsa,

Ayaqyalın, qaça-qaça gedərdim.



5.10.2013, saat 03:03
Göyçə həsrətinə
Sən Vətəni verdin düşmən əlinə,

Binnətoğlu, gəl dəm vermə dilinə.

Sənin dərsin dəqiq, kamil olsaydı,

Heç uçmazdın havadarlar yelinə.


Çünki Göyçə satılmışdır əzəldən,

Min bir dastan yazsam belə qəzəldən.

Mən Göyçəni, Göyçə məni istəsə,

Deyin görüm, səs çıxarmı tək əldən?


Mən acizəm, qoy qınasın el məni,

Çıxıb gəldim, darda qoydum Vətəni.

Yurd uğrunda canım fəda olmasa,

Günahımın ahı tutsun, ah, məni.


Sabirəm, bu ölkə olan mahalda,

Haqqım yoxdur, dinəmmirəm hər halda.

Çünki Göyçə salıb məni didərgin,

Ömrüm boyu sağalmazdır yaram da.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin