Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə81/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   77   78   79   80   81   82   83   84   ...   113
15.06.2014, saat 13:10

-Salam, Leylaşka. Xoş gördük!

Bu,dünya-həyat boş şeydir,

Öz dəmində olmağı tut.

Gəlib belə, o, gedəndir,

Hər nə olsa, onu unut.

01.06.2014, saat 21:05

Tövsiyyə
Bu acı dünyanın nəyi şirindi?

Eşit, insan oğlu, gəl dinlə indi.

Düşünmə, yaşadın qoca dünyada,

Dünyadan yığdığın əzab sənindi.


Madəm gəldi-gedər dövran sürübsən,

Sən diri deyilsən, mənən ölübsən.

Əgər tutulubsa mayan haramdan,

Şeytana, iblisə könül veribsən.


Donqar ağac kimi əyri durarsan,

Haram dövlət yığıb, zəngin olarsan.

Qudurub əzazil olduğun halda,

Ağlaşma kürsünü geniş qurarsan.


İnsaf et, həyatı insaflı yaşa,

Qazansan nəyisə, onu ye qoşa.

Sən firon olsan da, firavan belə,

Gəl qatma insafı, vicdanı boşa.


Sabir Binnət sözünü deyər sizə,

Heç zaman xamxəyal baxmayın bizə.

Həqiqət, ədalət, məhəbbət ilə

Yaşayan insanlar bənzər dənizə.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin