09.09.2014, saat 18:45
Bəlkə, yuxumda görəm
Gedırəm ki, yatmağa,
Bəlkə, yuxumda görəm.
Haqq-ədalət nədirsə,
Sabah deyib güldürəm.
16.09.2014, saat 01:50
Dünya ədəbiyyatında rast gələ bilməyəcəyiniz bir məna:
Heç bir yaradıcı və ya adi adam Fələkdən razılıq edib, ona tərif deməyib.
Dostum Fələyə
Hamı sənə zalım dedi,
Sən hər şeyin əzəlisən.
Fəna dünya əməl yedi,
Fələk, dünya gözəlisən.
Gəl, dost olum mən səninlə,
Apar məni, məni dinlə.
Yada ki qal, sən mənimlə,
Fələk, vallah, sən gözəlsən.
Sabir Binnət düzü deyər,
Nakam ömür üzü əyər.
Yaşamaqmı belə məgər?
Fələk, apar, sən gözəlsən.
09.09.2014, saat 19:10
Qocalır
Nə sözüm qocalmır, nədə ki özüm,
İlahi, sən verdin biganə dözüm.
Vallah, bu millətin dərdi-dərdindən,
Qocalır tək cismim və iki gözüm.
18.09.2014, saat 23:05
Mənim fəslim
Yaydan sizin başınız ayazıyar,
Mənim fəslim başınızı qazıyar.
Ömrüm-günüm, dogma fəsilimdir mənim,
Qış gələndə hökmündən ayazıyar.
18.09.2014, saat 19:55
Allaha sual
İlahi, dünyanı madəm yaratdın,
Deyirlər, xoş əhval, ruh oyatdın.
Dünyanın sirrləri əlindədirsə,
Fırıldaq bəndəni niyə yaratdın?
Dostları ilə paylaş: |