Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə93/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   89   90   91   92   93   94   95   96   ...   113
05.01.2012, sаат 21:30

Kökünü tanı
Bayram edir camaat,

Bunların kökü hanı?

Millət qeyrət yolunda,

Axıdıblar al qanı.


İmperiya qalıqları,

İmperinın bayramı.

Soy-köklər yaddan çıxıb,

Bax, bayram edir hamı.


Sabir Binnət məzəli,

Soy-köklüdür əzəli.

Gəzər dürüst qəzəli,

Millət, kökünü tanı.



30.12.2014, saat 17:35

Mən yoruldum
Dostlar, sizi bilmirəm,

Mən yoruldum, bu qədər.

İstəyirəm dincələm,

Bəsdir əlləşdim hədər.



04.05.2014, saat 02:20

Ey həyat
Gülə-gülə danışıram hər yanla,

Vicdanımla yarışıram zamanla.

Mən dövranla barışmıram, gəl anla,

Bilirsənmi, nə gündəyəm, ey həyat?


Ehtiyacdan dağa-daşa yollanır,

Düz-irəmə, it əvəzi yallanır.

Nəfsinə güc gəlmək üçün allanır,

Bilirsənmi, nə gündəsən, ey həyat?



18.02.2014
Mənim dərdim
Yeni bir dərd, yeni bir qəm,

Nəşəsinə köklənmişəm.

Tək qüssəyə təklənirəm,

Heç özüm də bilməmişəm.



11.12.2014, saat 22:35

Ürəyimə damıbdır
Qurtarmaz ağrılarım,

Ürəyimə damıbdır.

Fələk çöküb sinəmə,

Taqətimi alıbdır.


Nəydi mənim günahım?

Yandırır ürəyimi.

Dərdim, acım və ahım

Sındırır dirəyimi.


Sabir Binnət, çökmə sən,

Hələ zaman qabaqla.

Ədalət ümidinə,

Gələcəyə bax, haqla.


22.03.2014, saat 17:20

MƏCBURİ
Yaxın tanışlarımdan dünən biri,

Məcburi evinə qonaq eylədi.

Görəndə masada çörək-pendiri,

Kənddəki həyata burnum göynədi.



21.11.2014, saat 19:10
Əlim gəlmədi
İstədim şeir yazam,

Millət-qeyrət naminə.

İstəyirsiniz söyün,

Ya nə deyərsiz mənə.

Bu ölkə bu milləti.

Dedim tərif eyləyəm.

Duydum vətən ləzzəti,

Bildim səhv eyləyərəm.

Ha qıcadım dişimi,

Bilirəmmiş işimi,

Vallah, əlim gəlmədi.

02.12.2014, saat 18:10


ATAM, Allahım
Məni yer üzünə niyə yaratdın?

Qan-qəda, zülm-zillət cəkənə qatdın.

Bu səfeh dünyaya sən məni atdın,

Məni xəlq eyləyən, ATAM, Allahım.



08.12.2014, saat 19:15

Heç bilmirəm
Baxın, millət, nə anam var, nə atam,

Heç bilmirəm özümü hara atam.

Bu dünyaya bəxş edənlər yoxdursa,

Hansı qəlblə, haraya addım atam?



11.12.2014, saat 22:55


Bir ömür
Ötür ömür, dünya güdür,

Hər adamın bir ömrüdür.

Vallah, həyat bir güzgüdür,

Tanrı nəyi yazıbsa da.


Çıxa bilməz qələmindən,

Bir Tanrının ələyindən.

Həyat-təbiət dəmindən,

Tanrı nəyi yazıbsa da.


Sabir Binnətin duyğusu,

Varmı həyatda yuxusu?

Düşəcəksən öz quyuna,

Var tanrının bir qurğusu.



25.03.2014

Günüm
Göylərdən boylanan qara bulud tək,

Boylanıb həyata çağlanan günüm.

Sinəsi çal-çarpaz yağı əlində,

Boy atıb həyata, dağlanan günüm.


Duyurdum deməyə indi zamandı,

Ürəyim atlanıb, dilim qatlandı.

Bir kəlmə sevirəm sözü dayandı,

Bir ovuc kül oldu, küləyə günüm.


Nə sevgi, nə vətən mənim olmadı,

Sabir Binnət adı dəmim olmadı.

Arzumda diləyim, gəmim olmadı,

Dolaşır son zaman fələyə günüm.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin