22.12.2014, saat 19:45
Əzraillə dərdləşib
İncə könlüm bu gün bir az sərtləşib.
Gün uzunu, əzraillə dərdləşib.
Demək yenə. əmr eyləyən fələyin,
Göstərişi üzərimdə cəmləşib.
25.12.2014, saat 18:35
O nədir ki, biri qara, biri ağ,
Çəki ilə dəqiq gəlir, eyni bağ?
30.03.2014
***
O qış baharla dalaşıb çəkildi.
Hansı qəlbə, sizcə, yara əkildi.
Yozmasını buraxıram sizlərə,
Sabir Binnət canlı baxan vəkildi.
30.03.2014
***
Bir narazı belə deyir,
Bu həyatda əlim demir.
Sizcə, nəyə bağlı bu söz-
Qəlbim dinir, dilim demir?
24.02.2014
Haqq yoruldu
Dünya doydu bu zamanın bəmindən,
Haqq yoruldu haqsızlığın dəmindən.
Heç baş açmır, fələk öz əməlindən.
Dostları ilə paylaş: |