26.03.2014
LALƏ xanıma
Dəyərli LALƏ xanım,
Cox təşəkkür edirəm.
Gözəl hədiyyənizi,
Həsədlə seyr edirəm.
07.08.2014, saat 23:30
XANIMLARA
Gözəllik on doqquzdur,
Onun doqquzu dondur.
Bizim gözəllər üçün,
Don xırda bir oyundur.
15.03.2014, saat 23:10
Enfira xanım Əliyevaya ithaf
Təşəkkürlər sizə hanım,
Sizsiz benim duyğum, canım.
Allah bitirsin canımı,
Varsa əgər bir yalanım.
Budur mənim məhəbbətim,
Anama qonub həsrətim.
Vardır sizə nəsihətim.
Ananızı dünya bilib,
Ana görüb, ana deyə.
Sızlayıram, ana deyə.
Varmı ana bala deyə?
Sabir Binnəti özünə
Oğul bilib, bala deyə?
16.03.2014
Səkinə İlyasqızına
Bu Səkinə xanımın
Səsi-sorağı gəlmir,
Qızışmalar dayanıb,
Küyü beynimi dəlmir.
Hanı bizim o Borçalı balası,
O dağların var ətirli lalası.
Atlanır ürəyim dağa-dərəyə,
Könlüm istər, o yerlərdə qalası.
15.02.2014
Lalə Mikayılzadəyə
Təşəkkür edirəm, ay xanım Lalə,
Qövr etdi yaralar, basdı ah-nalə.
Dağların həsrəti dəlir sinəmi,
Ürəyim olubdur sanki piyalə.
Lalə xanıma
Yaraşır təbiət LALƏ xanıma,
Qoynunda laləli zümzüməsi var.
Əyləşib bu xanım seyr edən zaman,
Qəlbinin qəlb alan düzülməsi var.
Dostları ilə paylaş: |