Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə5/8
tarix19.10.2017
ölçüsü1,4 Mb.
#1067
1   2   3   4   5   6   7   8

01.03.2014
Deyil o saç teli
Halım oldu gərgin, içmişəm araq,

Beynimdə yarandı müxtəlif maraq.

İstədim rəm atam bir məhəbbətə,

Deyil o saç teli, daraya daraq.



24.02.2014

GÜNƏŞ

Parla, günəş, həyat sənə səbəb var,

Sən yoxsansa, həyat sənlə məhv olar.

03.05.2014

O gözləri

Çətin deyil o gözləri oxumaq.

Çətin odur şeir, dastan toxumaq.

03.05.2014

Ulduzum
Həyat, dünya qara gəlib dəmimə,

Ulduzum da gəlib minmir gəmimə.

Yan-dolayı gəlib keçir önümdən,

Taleyimin qara gələn qəminə.



04.05.2014, saat 22:23

* * *


Bu kəsik dəstələr qəlbimi üzdü,

Kəsilmiş qəlbləri qəlbimə düzdü.



07.05.2014, saat 22:20

* * *


O divar yıxılmaz dibindən belə,

Olmasa içindən ona bir əməl.

* * *

Təməl də oturmaz doğru yerində.



Min əmma tapılsa bir əməlində.

* * *


Xeyr, düz deməyib Şirvani onu.

Mən iki sənəti xalis bilirəm.

Birisi sevgili olmaqla sevilmək,

Digəri şeirlə şairlik etmək.



07.05.2014, saat 22:05

Ey həyat
Dağılıb-talanır dünyanın üzü,

Qananlar səhv salır əyrini, düzü.

Nadanlar qatlayır milyonu, yüzü,

Bilirsənmi nə gündəsən, ey həyat?



18.02.2014

* * *


Çox baxma üzünə, xeyiri yoxdur,

Ümidə baxmağın cəfası çoxdur.



10.05.2014, saat 00:25

* * *


Lətafətli suyun da lilli palçığı, ərpi var.

Hər kəlmənin bir-birindən işlək yerdə fərqi var.



11.05.2014, saat 21:50

* * *
Bostandan uzaqda gülcü gəzəmməz.

Gəzsə də, o gülçü gülü dərəmməz.

* * *
O əsəri mənəm sizə yaratdım,

Növbəti istəyən canımdan alsın.

07.05.2014, saat 19:30

Baş açmıram
Baş açmıram bu dünyanın kələyindən,

Baş açmıram bu dünyanın fələyindən.

Görən, bu dəm hankı yana gəlib keçir?

Zəmanənin süzgəc tutan ələyindən.



07.05.2014, saat 18:50

Onu mənlə
Günəş, sənlə hesabım var,

Onu mənlə çəkəcəksən.

Bilirəm ki, səbəbindən,

Torpağa da əkəcəksən.



07.05.2014, saat 18:30

* * *


Yatan yatsın, yatmayan yuxu tapsın.

05.05.2014, saat 23:00

* * *
Şairlik ağzına gələn cəfəngiyyat yazmaq demək deyil.



05.05.2014

Atma özünü
Birdən özün olarsan.

Atma özünü dağdan.

Qaytarmaz ki, kür mənə,

Axtarım hansı bağdan?



08.05.2014, saat 18:55

Duydunuz ki, ...
Duydunuz ki, nəzərimdə

Mən sizi günəş tutmuşam.

Vallah, sizi ürəyimə

Günəş tək duydurmuşam.



30.04.2014, saat 22:40

Bu gecəni
Bu gecəni yatmamışam.

Gecədən ayrılmamışam.

Sabahınız xeyir, deyim,

Yuxudan ayılmamışam.



16.02.2014

Yazıq təbiət
Bir yanı cəhənnəm, bir yanı cənnət,

Bizim də ömrümüz bax budur, əlbət.

Zəmanə keçirib ələkdən, seçir,

Baş açmır özü də yazıq təbiət.



07.05.2014, saat 12:10
* * *
Qardaş da, övlad da kişidirsə, öz növ­bə­sində kişidir. Ancaq hər namuslu qadının bir kişisi olar. Tapmacalara uyumayın.

10.05.2014, saat 16:35
* * *
Bütöv kədər, yarım kədər dərdidir,

Yarım bir dərd, bütöv kədər əmridir.

Hər birisi bir igidin canında,

Bütöv ömrə nakam dəyən mərmidir.



10.05.2014, saat 17:50
* * *

Təbii ki, təbiətin özüdür,

Elə bu da bu həyatın gözüdür.

05.05.2014, saat 15:17


İtirib oxunu
İtirib oxunu, yer yırğalanır,

Vicdansız adamlar gur dalğalanır.

Asılıb kəndirdən bir nehrə kimi,

Dünyanın özü də zor çalxalanır.



14.05.2014, saat 20:30.

* * *
Sözün düzünü üzünə demək,

Səni ən çox istəmək deməkdir.

13.052014, saat 00:40

* * *


Dəliyə dair
Görk olar insana, özünə qadir,

Səhv olar taleyin, əməli nadir.

Ondadır həyatın böyük mənası,

Ağıllı səy düşə, dəliyə dair.



14.02.2014

* * *


Eşq səmimilikdir. Biz səmimi olsaq, eş­qimiz də olacaq.

23.04.2014

* * *


Təsadüflər böyük həqiqətin memarıdır.

* * *


Dünyada hər şeyi pul həll edir.

15.05.2014

* * *


Boş-boş danışmaqdansa, dolu yatmaq yax­­şıdır.

Bütün gecənin boyu bir tale baxışıdır.



19.05.2014, saat 01:12

* * *


Lap Məcnunun Leylisinə bənzədi.

Göz yol üstə, aşiq həsrətindədi.



03.06.2014, saat 12:57

* * *


Vətənə xidməti olan bir kəsin,

Vətən torpagında yeri var kəsin.

* * *

Bəndlər cəm bir fikrə yüklənsə də, hər bir bəndin tamam fərqli mənaları vardır.


Əməl

Ən vacibi onun əməldir, əməl,

Əməl olan yerdə dil qələt edər.

Eşidin, söyləyim şeirlə sizə.

Əməl dediyinə dil əməl edər.

04.07.2014, saat 13:40

Salam ilə
Əsas odur salamına,

Salam ilə cavab verək.

Kəlam alıb kəlamına,

Kəlam ilə cavab verək.



04.07.2014, saat: 14-20

* * *


Şairin hal-ruhiyyəsi,

Gətirir ilham pərisi.



02.10.2014, saat 17:4
Eyni daddır

( bayatı )


Hamısı eyni addır,

Hamısı eyni daddır.

Şirini nə dadıbsa,

Acısı eyni daddır.



10.07.2014, saat 17:45

* * *


Bəli, yəqin ki, birinci ana deyilən məxluq mövcud olub.

* * *


Düşüncə istəyi ödəyir,

İstək düşüncəni ödə­mir



Hara getdi
Salam, zəhmət olmasa,

İmkanınız varsa da.

İstədim sizdən soram.

Yenə zəhmət olsa da.

* * *
İntihar edənlər yaşamaqdan bezən və ca­nın­dan doyanlardır.

* * *


Sülhsevərlər, dünyanın ən böyük qorxaq­la­rı­dırlar.

Nigar Eliyeva, Fəqan Əsədzadə və Orxan Carçı bunu bəyənirlər.
Enfira Əliyeva:

-Qorxaqlıq acizlikdir. Sülh­se­­vər­lik xoş gö­rüşdür, zənnimcə.

Sabir Binnətoğlu:

-Elə o sülhsevərlik acizliyin bir növüdür.

Qorxaqlıq da sülhsevərin söz kəsəri, möhürüdür.

20.07.2014. saat 15:40

* * *


Vətənə layiq olan bir damcı su olsam da mən, bu ağır gəlir yenə də, bir vətəndaş ol­ma­ğımı deməyimdən.

21.07.2014,saat 15:30

* * *


Çalışın, şöhrətə yox, millət üçün yaşayın. Bəlkə, əcəl məni dedirdir, ancaq qəlbdən gə­lən kəlmədir.

22.07.2014, saat 22:30

Gəldi-gedərdir
Dünyanın ərşi də vallah hədərdir,

Gürşünə çatmağın gəldi-gedərdir.

Duyma ki, nəyisə əldə etməyə,

Həyatda qalmağın məhz bu qədərdir.



29.05.2014, saat 18:38

İç üzünü
Tərif etmə özünü,

Göstərdin iç üzünü.

Mirvariyə dönsən də,

Əyəmmərəm özümü.



10.08.2014, saat 15:40

Vızıldayır
Dostum ağcaqanad gəlib,

Qulağıma vızıldayır.

Qanımı sorub içməyə,

Yaltaqlanıb sızıldayır.



05.09.2014, saat 00:35

Yuxu gördüm
Gecəniz xeyirlə qalansın,

Kəm yatıb, nakam yuxu gördüm.

Dedim gedib, bir az da yatım,

Bəlkə, bir şirin yuxu gördüm.



12.09.2014, saat 04:00

* * *


Paxıllıq dərdi çəkiləsidir, dad saxtakar əlin­dən.

* * *


Ən böyük dərd və bəla, məhz elə budur.

Bu ox atan sanki, mənim rəsmimdir.

* * *

Yaltaqlığı olmayan məkanında qəribdir.



Hər yarananın taleyi zamanın əlindədir.

* * *


Min gözəlin alovuna yanmaqdan,

Bir çirkinin yanmış külü yaxşıdır.

* * *

Hisslər qəlbin dəryasıdır.



* * *

Yatmaqdan yaxşı hec nə yoxdur,

Adam ölür, göz hec nə görmür.

22.11.2014, saat 21:10

Yuxudan
Yuxum ərşə cəkilib,

Yuxudan tez durmuşam.

Dedim, sabahlar xeyir,

Deyib aradan çıxam.



23.11.2014, saat 08:25

* * *


Təsəvvür nisyə nemətdir.

* * *


Divara qoyulan eybəcər daşı,

Əvəzləyə bilməz min zinət qaşı.



Dünyanın malı
Boş şeydi ki, bu zinət və o daş-qaş,

Dünyanın malı dünyada qalacaq,

İnsanların dünyadan apardığı,

Olubsa da, təmiz vicdan olacaq.



28.11.2014, saat 01:10

* * *


Özünü siləsən ki,

Məni silə biləsən.



06.12.2014, saat 21:40
Gəlmişəmsə
Madəm bu gün doğulub

Gəlmişəmsə dünyaya.

Hələ sabah göz açıb,

Baxım günəşə, aya.



29.11.2014, saat 6:18

* * *


Çox təşəkkür edirəm.

Gördüklərim bu qədər.

Gələcəyə də yetər.

Bundan sonra yaşamaq,

Daha mənimçün hədər.

* * *


Çox arxayın olarsan,

Hələ çox aylar keçər.

Çox illər dolaşaraq.

Hər şey olacaq hədər.

* * *

Hər günün sonunda öz ömrü bitər.



* * *

Dözən ürək hər bir dərdə dözəcək,

Dözəmməsə, məhv olmağı görəcək.

09.12.2014, saat 20:30

Sahibsizlik
Müəlliməm, sinif bərbad günündədir,

Mən kefimdə, şagird öz dəmindədir.


Vicdan nədir?
Qəlb və başın birlikdə istehsal etdiyi his­siyat məhsuluna vicdan deyilir.

11.12.2014, saat 19:10
Üzmə hədər
Keçmiş olsun o kədər.

Ürəyi üzmə hədər.

Yaranıb belə dünya,

Belə də gəlib-gedər.

* * *

Sənətində mükəmməllik insanı şən göstərər.



15 декабр 2014

* * *


Sənətə arxayınlıq, sənətçiyə rahatlıq.

15 декабр 2014
Hər yaranın taleyi zamanın əlindədir.

* * *
Ağlınız nə kəsir?


Deyirəm, bekara coşum,

Sizin ağlınız nə kəsir?

Bu həyata nəğmə qoşum,

Tərs külək ha yandan əsir?

* * *

Qəlbi yağmur islatmaz,



Qəlb suyun içindədir.

Söz də ona yaramaz.

Özü öz dəmindədir.
Sözün izinə gəldim
Bu Novruz, bu Baharın,

Səs-küyünə dikəldim.

Gedib yüz əlli vurub,

Sözün üzünə gəldim.


Duyuram, yüz əllidən,

Söhbət bitməz bəllidən.

Yaş ötübsə əllidən,

Sözün düzünə gəldim.


Söz-söhbətin sözüdür,

Sabir Binnət özüdür.

Söz güzgünün gözüdür,

Sözün izinə gəldim.



23.03.2014, saat 00:40

Dik dura biləsən
Hamı deyir ki,

Başın sag olsun!

Mən isə deyirəm ki,

Ayağın sag olsun!

Başın çox yüklənibdir

Ayağın sag olsun ki,

Bəlkə, dik dura biləsən !

02.08.2014, saat 01:50

Özünüz deyin
Hamı dinnən-imannan danışır.

Hanı bu haqqın allahı?

Niyə artır bu nadanların sayı?

Mən heç, özünüz deyin.



02.05.2014, saat17:55

Bəxtəvər
Bəxtəvər onun dadını görənlərə,

Boş-boş baxmaqdan düşəcəkdir bizə nə?



06.07.2014, saat 23:15
Yedim, dedim
Evə bir az gec gəlib nahar etməyə başladım.

Ev bişmişi ilə 200 qram araq içdim.

Dərhal yeməkdən sonra, allah, sən özün yetir dedim.

Əvəzi yenə olsun dedim.

Tamahından keçənlər, istəyənlərə də yetir dedim.

Qəlbindən keçənlərin qəlbinə yetir dedim.

Nəfsi yanan aclara, onlara yetir dedim.

Sizlərcə səhv demişəm, yoxsa doğrunu dedim?



08.07.2014, saat 16:50

Yaxşı insanlar
O yaxşı insanlar bu gün hələ var,

O gözəl günlərin qalığıdırlar.

Yaxşılıq etdiyi o yaxşıların,

Qədrini bilənlər bu gün azlırlar.







TƏNQİD


OLA
Gədə-güdə əlində,

Gedir sağa, gəlir sola.

Yazıq millət öz qəmində,

Vicdansızın rəhmi ola.


Ölkə batıb, millət yatır,

Kef çəkir ortada qatır.

Ac-yalavac tində batır,

Qeyrət varsa, zəhmi ola.


Sağa-sola çəkib dartma,

Haqqsızlığı sən qabartma.

Sabir Binnət, gəl ağartma,

Bisavadın fəhmi ola.



13.05.2014, saat 21:40
Dünya
Dünya, sənin kələyindən,

Nələr keçir ələyindən.

Heç baş açmaq mümkün deyil,

Nə özündən, fələyindən.



07.02.2014

Nədən belə
Nədən belə, vardır bu gün təbiət,

Yaranmışdır cümlə-cahan, cəmiyyət.

İndi çəkir millətlərin çoxusu,

Həyatından yaşam boyu əziyyət.



23.04.2014, saat 14:45


Dünyada hər şeyi pul həll edir

Dialoq

Qurbani Fərəh:

- Allahımın rizasından son­­ra...

Sabir Binnətoğlu:

- Fərəh xanım, allahını­zın riza­sını da pul həll edir.

Qurbani Fərəh:

-Əstağfurullah ...

Lale Mikayılzadə:

-Bir çox insanların mənəviyyatı korlanıb, hər şeyi pulda görürlər.

Sabir Binnətoğlu:

-Salam, Lalə xanım. Sizə böyük hörmə­timiz var. Nə desəniz qəbul edi­rəm, ancaq biz, o qədər də mənəviyyatımızı və özümüzü korlama­mışıq. Korlananlar korlanıb. Biz belə görürük.

Lale Mikayılzadə:

- Sabir müəllim, mən vur­ğuladım axı: "Bir çox insanın".

Sabir Binnətoğlu:

- Təşəkkür edirəm, Lalə xanım.

Lale Mikayılzadə:

-Buyurun, gözəl insan.

Şamo Zamanov:

-Pulsuz iş düzəltmək xatadı, qandı,

Pul allah olubdu, allah, amandı.

Sabir Binnətoğlu:

-Heç nəyə etibar qalma­yıb bu an,

Ay Şamo qardaşım, səfeh zaman­dı.

Tale yazısı
Hər insan həyatı bir qoşa zərdir,

Kiminin ömrünə qoşa sələrdir.

Cüt sənin hər biri tək olduğundan,

Deyirlər tək nəhsdi, ömür hədərdir.


Tək nəhsdir, deyəndə tənha anırıq,

Tək əldən səs cıxmaz, onu qanırıq.

Dunyanı həyata vəsf edən xaliq,

Allahı tək bilib, tək tanıyırıq.


Bəs nə cür olur ki, təkcə Allahın,

Dinilməz səsini ulu tanrının

Yer kürə üzündə canlı eşidir,

Eşidilmir yazığın, tək zər atanın?


Tək zərli yazıqlar tək deyildirlər,

Onun tək minləri bədbəxt, fəqirlər.

Deməli, Allah da tək deyil kimi,

Millətin başını tutub əzirlər.


("Varlı və qudurmuşlar,

Allahı tanımazlar.")


Ömrünə şeş qoşa düşən adamlar,

Dünyada ən varlı adam olublar.

Müəyyən səbəblə, bəzi məqamla,

Ömürdən bir cürə bədbəxt olublar.

Sabir Binnət dogru sözü danmayır,

Vicdansızı adam belə sanmayır.

Boyun əyməz nə quldura, nadana,

Millətinə kəm baxanı saymayır.



11.02.2011, saat 10:10


Yetim-yesir
Könlüm yaman qaralıbdır,

Gen qursaqlar daralıbdır.

Ac-yalavac, düzdə gəzən,

Yetim-yesir çoxalıbdır.




Mənə görə
Kimə görə çox dadlı,

Mənə görə fəryadlı,

De, kimə lazımdır ki,

Fəna dünya, bu adlı?



25.02.2014


Ey həyat
Gulə-gulə danışıram hər yanla,

Vicdanımla yarışıram zamanla.

Mən dövranla barışmıram, gəl anla,

Bilirsənmi nə gündəyəm, ey həyat?


Ehtiyacdan dağa, daşa yollanır,

Bütün millət zillət ilə allanır.

Ac-yalavac ehtiyaca yan alır,

Bilirsənmi nə gündəyəm, ey həyat?


Günlər nədir, gəl illərdən söz açaq,

İndi ət, yağ, bal yeyir quldur- alçaq.

Mən tapmıram yavan çörəyi ancaq,

Bilirsənmi nə gundəyəm, ey həyat?


Köhnə bəylər səxavətli olarmış,

Söz ağızda təravətə dolarmış.

Nökərlə bəy qan süfrəsi qurarmış,

Bilirsənmi nə gündəyəm, ey həyat?


Əzəl bəylər ölkə böyüdərdilər,

Torpaq üçün canını üzərdilər.

Saxta ada satılır indikilər,

Bilirsənmi nə gündəyəm, ey həyat?


Hərdən qəmli, hərdən deyib- gülürəm,

Hər sevincdə qüssə-kədər görürəm.

Kədərimlə üzü qara, kömürəm,

Bilirsənmi nə gündəyəm, ey həyat?


Kimsə keflə eyşi-işrət dəmləyir,

Yazıq millət haqqsız söhbət dinləyir.

Kimsə iti insan kimi yemləyir,

Bilirsənmi nə gündəyəm. ey həyat?


İnsan var ki, boş-bekar səmələnir,

Varlıların iti ciplə hərlənir.

Məmur var ki, vəhşilərlə əylənir,

Bilirsənmi nə gündəyəm, ey həyat?


De, bəs hanı sənin doğru, hiddətin,

Bəs deyilmi payladığın müddətin?

Sabir Binnət, budurmu haqq həsrətin?

Bilirsənmi nə gündəyəm, ey həyat?.

09.08.2011, saat 1020


Məmurların hökmü
Döz millətim, dözəcəksən, yenə döz,

Sənə olmaz bu dünyada açıq göz.

Yoxsa görub olacaqsan xəbərdar,

Danışırsan lobbaz-lobbaz doğru söz.


Yol gedirik, dayan bir az, döz bir az,

Belə səfər, vallah, dünyada olmaz.

Bir zamanlar sən də baxıb görərsən,

Bu fürsəti hec kəs əlindən qoymaz.


Gəl, bala, gəl, səsin çıxar nəbadə,

Baş cəhənnəm, canı verərsən badə.

Hiss edirsən, kimin əlində kəndirin?

Nə deyirlər onu de, onu eylə.


Mən Sabirəm, dövr mənim dövranım,

Sən nə karə, mən nə qanım, nə anım?

Çaşıb birdən artıq-əksik edərsən,

Belə tutur bu gün mənim vicdanım.



15.09.2010
Yasa bat
Bir gun, iki, üç gun, beş gun,

Eşidərsiz mən də köçdüm.

Bu dunyadan bütöv ömrü,

Bir, iki, üç, beşlə ölçdüm.


On, on beşə qalsam belə,

Ömur uçar hədər yelə.

Bu dövrümü bağlanmışam,

Səkgiz-doqquz, on bir telə.


Mən Sabirəm, var elmim, var həm savad,

Kəm bilmədim əlif-beyi, yasa ad.

Bədbəxtliklə ömrüm üzdüm kədərdən,

Gəlir sonum, son məqamım, yasa bat.



18 fevral 2014


Bu həyatda
Bir narazı belə deyir,

Bu həyatda əlim demir.

Sizcə, nəyə bağlı bu söz

Qəlbim dinir, dilim demir?



24 fevral 2014

Nə yöndü?
Yoxdur babət ömrüum mənim,

Bu nə səmit, bu nə yöndü?

Çöküb Əzrail sinəmə,

Taleyimin sözü döndü.


Hərgah bir gün eşidərsən,

Naz etdiyim şair öldü.

Səni duyub sevən ürək,

Külə döndü, közü söndü.


Yığışarlar ağlamağa,

Kəfənimi bağlamağa,

Bu Sabiri saxlamağa,

Fələyin də üzü döndü.



18 fevral 2014

Müxtəlif maraq
Halım oldu gərgin, içmişəm araq,

Beynimdə yarandı müxtəlif maraq.

İstədim rəm atam bir məhəbbətə,

Deyil o saç teli, daraya daraq.



24.02.2014
Aman, Allah,..
Hay atsam da səsim çıxmır,

Millət yatıb, aman, Allah.

Dünya-aləm olub cımxır,

Döndərdimi zaman, Allah.


Nədən bu dərd, bu qəm bizə,

Hopdu bizim qəlbimizə,

Könlümüzü dəlir nizə,

Göndərdimi yaman, Allah.


Hansı qeyrət qalıb bizdə,

Dağıdılıb qəbrimiz də,

İtib-batıb səbrimiz də,

Olub düzdə talan, Allah.


Sabir Binnət çəkir zillət,

Dadina heç gəlmir millət,

Nə vaxtadək bu əziyyət?

Tutar belə yalan, Allah,



22.01.2014, saat 22:50

Haqq sözü
Vətən dərd əlindən üzülüb gedir,

Alçaqlar, namərdlər saxta kef edir.

İlahi, millətin haqqa-nəfsini,

Bir tək özünlükdür, sən özün yetir.


Başqa əlacım yox imdad almağa,

Yumulub gözlərim, yer yox yummağa.

Cəhrədə kəndirtək dolanırıq biz,

Dönmüşük adicə ipdən yumağa.


Sabir Binnət, deyər sözü mərdanə,

Haqsız çoxlu, haqqlı olsa az danə.

Nahaqq basıb, haqqı taptalasa da,

Haqqın sözü, haqq yolunda bir danə.



24.09.2014, saat 16:20

Yadulla
Çıxıbdır qınından, bəyənmir qını,

Unudub millətə yalvardığını.

Umurdu millətdən kömək Yadulla,

İndi gör zalımın hayqırmağını,

Qudurub deputat, köpək Yadulla.

13.01.2015, saat 20:55

Kimə söyləyim
Çaşıb əqlim, çaşıb başım, bilmirəm,

Kimə kimnən, hansı dərdi söyləyim?

Hər cizgidə dərdli kədər görürəm,

Hansı dərdi, hansı qəmə söyləyim?


İçim yanır, zülüm-zillət çəkirəm,

Bir dörd divar, bir də zinrik, bir də mən.

Ürəyimə dərd-vərəmi əkirəm,

Duyan varmı, dərdi kimə söyləyim?


Bir aşağı, bir yuxarı baxıram,

Döşəmə, dam arasında axıram.

Bir sürü mal, mən də ora naxıram,

Daş-divara hansı dərdi söyləyim?


Nə ölkəm var, nə diyarım, qəmxəyal,

Kimlər kafi qəbul etsə kəmxəyal.

Kimlər müsbət olacaqsa mənxəyal,

Görən, kimə dərdlərimi söyləyim?


Sabir Binnət qərib eldə qəribdir,

Ədalətə sipər, sinə gəribdir.

Haqq yolunda nahaqq zərbə dəribdir,

Görən, kimə bu dərdimi söyləyim?



28.04.2014, saat 23:25

Heç bilmirəm
Az qalmışam baş götürüb geniyəm,

Heç bilmirəm, vallah, kimin yemiyəm.

Tapdalanır haqq-ədalət, vicdanım.

Taqətim yox, addım atıb yeriyəm.



26.04.2014, saat 21:50

Bəy deyirlər
Mən nə karə oldum belə, mənə də bəy deyirlər,

Xalqı çapan bəylər qalıb, mənə də bəy deyirlər.


İndi bəylər o qədərdi, yox ki, mənə ehtiyac,

Görməyibən bic-gicləri, mənə də bəy deyirlər.


Zaman çaşıb, dünya çaşıb, hər ada bəy deyirlər,

Özlərinə hiylə quran, hər yada bəy deyirlər.



01.03.2014

Mənə bəy deməyin
Bəy bəydirsə, dövləti-varı gərək olsun,

Həmin bəyin, hümmətli zalı gərək olsun.



01.03.2014

Bu millət
Bu xalqın özü kimi,

Məmurları var belə.

Saxta, fırıldaq ilə,

Sığal verirlər telə.


Oyanmır ki, oyanmır,

Yuxudan heç doyammır.

Nahaqlı qaydaları,

Bir kənara qoyammır.


Qəbul olub vəziyyət,

Çəkir indi bu millət.

Heç kim qoy inciməsin,

Vərdişi belə zillət.


Sabir Binnət, düz sözüm,

Canda qalmayıb dözüm.

Közdə ağarsın gözüm.

Yalan belə söyləsəm,

Çıxmayım sübhə özüm.

24.10.2014, saat 19:45

Bu millət
Molla gəlməz ikən dini məclisə,

Bir çappa gillədib, olur giclisə.

Milləti uydurur saxta təcnisə,

Dinsizləşib, hara gedr bu millət?


Məşədilər-hacılar dinləri altdan,

Geyirlər din donu saxta libasdan.

Həzz alır meyfason eyşi-araqdan,

Dinsizləşib, hara gedir bu millət?


Dəm vurur məclisdə dini-ayədən,

Dəmlənir özü də içki mayedən.

İynəyə oturur kefi sayədən,

Dinsizləşib, hara gedir bu millət?


Şeytan olub şeyx, cinlər dinxuda,

Görürəm onları gecə yuxuda.

Axund, molla xalqı çəkib çarmıxa,

İnsafı yetirsin görünməz xuda,

Dinsizləşib, hara gedir bu millət?
Qurbanı yeyirlər ancaq qarnı tox,

Hələ bir fağıra eyləyirlər xox.

Kasıba deyirlər, yemə əti cox,

Vururlar məzluma mənəvi sərt ox,

Dinsizləşib, hara gedir bu millət?

Din allahdan ayrı düşübdür bu gün,

Möminlər-dinçilər mövcuddur üzgün.

Dinindən kənara düşməsin küskün.

Qoy dinə baxsınlar ürəyi düzgün,

Dinsizləşib, hara gedir bu millət?


Mən dinçi deyiləm, ibadətim çox,

Qəlbimdə allaha xəyanətim yox.

Sabirəm, vicdanım, qəlbim olub tox,

Könlüm səyahətdə, axtarır bir ox,

Dinsizləşib, hara gedir bu millət?


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin