Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə7/8
tarix19.10.2017
ölçüsü1,4 Mb.
#1067
1   2   3   4   5   6   7   8

05.01.2012, sаат 21:30

Kökünü tanı
Bayram edir camaat,

Bunların kökü hanı?

Millət qeyrət yolunda,

Axıdıblar al qanı.


İmperiya qalıqları,

İmperinın bayramı.

Soy-köklər yaddan çıxıb,

Bax, bayram edir hamı.


Sabir Binnət məzəli,

Soy-köklüdür əzəli.

Gəzər dürüst qəzəli,

Millət, kökünü tanı.



30.12.2014, saat 17:35

Mən yoruldum
Dostlar, sizi bilmirəm,

Mən yoruldum, bu qədər.

İstəyirəm dincələm,

Bəsdir əlləşdim hədər.



04.05.2014, saat 02:20

Ey həyat
Gülə-gülə danışıram hər yanla,

Vicdanımla yarışıram zamanla.

Mən dövranla barışmıram, gəl anla,

Bilirsənmi, nə gündəyəm, ey həyat?


Ehtiyacdan dağa-daşa yollanır,

Düz-irəmə, it əvəzi yallanır.

Nəfsinə güc gəlmək üçün allanır,

Bilirsənmi, nə gündəsən, ey həyat?



18.02.2014
Mənim dərdim
Yeni bir dərd, yeni bir qəm,

Nəşəsinə köklənmişəm.

Tək qüssəyə təklənirəm,

Heç özüm də bilməmişəm.



11.12.2014, saat 22:35

Ürəyimə damıbdır
Qurtarmaz ağrılarım,

Ürəyimə damıbdır.

Fələk çöküb sinəmə,

Taqətimi alıbdır.


Nəydi mənim günahım?

Yandırır ürəyimi.

Dərdim, acım və ahım

Sındırır dirəyimi.


Sabir Binnət, çökmə sən,

Hələ zaman qabaqla.

Ədalət ümidinə,

Gələcəyə bax, haqla.


22.03.2014, saat 17:20

MƏCBURİ
Yaxın tanışlarımdan dünən biri,

Məcburi evinə qonaq eylədi.

Görəndə masada çörək-pendiri,

Kənddəki həyata burnum göynədi.



21.11.2014, saat 19:10
Əlim gəlmədi
İstədim şeir yazam,

Millət-qeyrət naminə.

İstəyirsiniz söyün,

Ya nə deyərsiz mənə.

Bu ölkə bu milləti.

Dedim tərif eyləyəm.

Duydum vətən ləzzəti,

Bildim səhv eyləyərəm.

Ha qıcadım dişimi,

Bilirəmmiş işimi,

Vallah, əlim gəlmədi.

02.12.2014, saat 18:10


ATAM, Allahım
Məni yer üzünə niyə yaratdın?

Qan-qəda, zülm-zillət cəkənə qatdın.

Bu səfeh dünyaya sən məni atdın,

Məni xəlq eyləyən, ATAM, Allahım.



08.12.2014, saat 19:15

Heç bilmirəm
Baxın, millət, nə anam var, nə atam,

Heç bilmirəm özümü hara atam.

Bu dünyaya bəxş edənlər yoxdursa,

Hansı qəlblə, haraya addım atam?



11.12.2014, saat 22:55


Bir ömür
Ötür ömür, dünya güdür,

Hər adamın bir ömrüdür.

Vallah, həyat bir güzgüdür,

Tanrı nəyi yazıbsa da.


Çıxa bilməz qələmindən,

Bir Tanrının ələyindən.

Həyat-təbiət dəmindən,

Tanrı nəyi yazıbsa da.


Sabir Binnətin duyğusu,

Varmı həyatda yuxusu?

Düşəcəksən öz quyuna,

Var tanrının bir qurğusu.



25.03.2014

Günüm
Göylərdən boylanan qara bulud tək,

Boylanıb həyata çağlanan günüm.

Sinəsi çal-çarpaz yağı əlində,

Boy atıb həyata, dağlanan günüm.


Duyurdum deməyə indi zamandı,

Ürəyim atlanıb, dilim qatlandı.

Bir kəlmə sevirəm sözü dayandı,

Bir ovuc kül oldu, küləyə günüm.


Nə sevgi, nə vətən mənim olmadı,

Sabir Binnət adı dəmim olmadı.

Arzumda diləyim, gəmim olmadı,

Dolaşır son zaman fələyə günüm.



22.12.2014, saat 19:45

Əzraillə dərdləşib
İncə könlüm bu gün bir az sərtləşib.

Gün uzunu, əzraillə dərdləşib.

Demək yenə. əmr eyləyən fələyin,

Göstərişi üzərimdə cəmləşib.



25.12.2014, saat 18:35




Bağlamalar



O nədir ki, biri qara, biri ağ,

Çəki ilə dəqiq gəlir, eyni bağ?



30.03.2014
***

O qış baharla dalaşıb çəkildi.

Hansı qəlbə, sizcə, yara əkildi.

Yozmasını buraxıram sizlərə,

Sabir Binnət canlı baxan vəkildi.

30.03.2014
***

Bir narazı belə deyir,

Bu həyatda əlim demir.

Sizcə, nəyə bağlı bu söz-

Qəlbim dinir, dilim demir?

24.02.2014

Haqq yoruldu
Dünya doydu bu zamanın bəmindən,

Haqq yoruldu haqsızlığın dəmindən.

Heç baş açmır, fələk öz əməlindən.

15.05.2015, saat 19:55

***


Üzündən ayı göstər,

Günəşdən hayı göstər.

Gələcək bir zamanla,

Olacaq vayı göstər.



03.06.2014, saat 21:25

Yazışma
Fikrət Məmmədli:

Yanir nə zamandır Qarabağ odda,

Mən şeir yazıram Sabirabadda!

9 may 2014, saat 19:27
Sabir Binnətoğlu:

Yazıq şeir, Qarabağ hara, Sabir hara?

Nə vəzn var, aid deyil söz kökləri hara?

10.05.2014, saat 02:15





DOSTLARA



Axşamınız xeyir!

Hörmətli dostlar, hamı o qədər bayramla­şıb-təbrikləşdi ki, bir ANA həsrətindən mənə ehti­yac qalmadı. Əslində mən də çox istəyər­dim, amma heç kəsi təbrik edə bilmədim.

20.03.2014

***


Qəlbi bizlə döyünən dostlara, GÜN AYDIN !
Bu gecəmi nasıl yatdım,

Röyamda uykumu katdım.



9.03.2014

***
Bir məclisdə


Axşamınız xeyir, dostlar,

Bir məclisdə oturmuşdum.

Təng eylədi məni tostlar,

Az qala pərt olmuşdum.

Bir az əziyyət çəkərək,

Zor-bəla ilə sovuşdum.



21.04.2014, saat 20:30

Gedirəm
Mən gedirəm bu dəm sizlərdən,

İnciməyin hərgah bizlərdən.

Bir dostum məktəb müdirinin

Ad gününə dəvət etdilər.

Üzürlü hesab edin məni

Sizlər, axşam görüşə qədər.



21.04.2014

Cümlə dostlar
Cümlə dostlar, günaydın,

Sormadınız hardaydım.

Bəlkə, pusquya düşüb,

Bəlkə, çətin dardaydım?



18.03.2014

Günaydın

Dəyərli və səmimi

Dostlara var Günaydın.

Duyacaqlarsa onlar,

Demək, dogru Günaydın.

29.04.2014, saat 10:50

Əziz və dəyərli xanim dostlar, sizlərə böyük təşəkkürüm var.

Bu gün ki, günümü anamın əziz xatirəsinə həsr etmişdim.

Yüksək mənəvi dəstək oldunuz, özünüzü bir az bizə yordunuz.

Axı, siz də anasınız, görüm sizi həmişə şad olasınız!

08.03.2014

Salam, axşamınız xeyir, əziz dostlar.

Bu gün, bir taksiyə əyləşdim. Müəyyən söhbətlər əsnasında, taksiçi dedi ki, bu maşın mənim atamdır.

27.02.2014
***

Axşamınız xeyir, dostlar,

Sizə bu dəm təvəqqəm var.

20.02.2014
***

Axşamınız xeyir, dostlar,

Dost dostdursa, dostla dost var.

15.02.2014
Əhval alım
Var atəşin salam, dostlar,

Gəldim sizdən, əhval alım.

Dərdinizə şərik olub,

Qəminizə dərhal yanım.



20.02.2014

Günaydın

Nur üzlü gül səhərdə,

Günaydın əziz dostlar,

Hər işdə - hər əməldə

Sizə olsun uğurlar..

18.02.2014


Gəldim
Gəlmişəm, söyləyin mənə, a dostlar,

Kim-kimə darıxdı, Allah yar olar.

Qəlbində arzusu pakı-nursa da,

Könlünə yar dolar, yar onun olar.



15.02.2014
Səmimi dostlarla sabahı açdım,

Səbəbi anlayın, aradan qaçdım.



15.02.2014
Dostlara sual
Dedim, biraz içim bu gün,

Bu dunyadan keçim bu gün.

İçim yanır bütöv dərddən,

Hansı dərdi seçim bu gün?



24.02.2014

* * *


LALƏ xanım, çox təşəkkür edrəm,

Elə bil ki, o gəmidə gedirəm.

Od tutub içimdən, çölüm də yanır.

Yelkən olub dirəkləri didirəm.



30.06.2014, saat 02:43

Dəymə-düşər
Yaxşı indi, çox təşəkkür edirəm,

Az qalmışdı bəri başdan inciyəm.

Axı, mənim qəlbim yaman kövrəkdir,

Ona görə dəymə-düşər biriyəm.



04.07.2014, saat 01:25

Dostluq
Dost odur ki, görüşdülər,

Dərdlərini bölüşdülər.

Bir-birini görmək üçün,

Həsrət çəkib ölmüşdülər.



07.07.2014, saat 01:55

Əlim demir
Bir narazı belə deyir,

Bu həyatda, əlim demir.

Sizcə, nəyə baglı bu soz?

Qəlbim dinir, dilim demir.

* * *
Üzərindən keç
Elə-belə xəbər heç,

Onun üzərindən keç.

Canlı gedib görərik,

Yeni barı hörərik.

Millət ilə görüşüb,

Sirr-dərdləri bölərik.



03.08.2014, saat 04:30

Bu dünyadan
Zırıldaya, zırıldaya

Yuxudan indi durmuşam.

Üz-gözümə su vurmadan,

Miz-masama oturmuşam.


Dedim dostlarla görüşüm,

Dərdlərini həm bölüşüm

Bir də ya qismət, dönüşüm,

Deyəsən, dəli olmuşam.


Sabir Binnət, qəm eyləyir,

Əzrail də dəm eyləyir,

Gedib-gəlir, əl cəkməyir,

Bu dünyadan yorulmuşam.



01.10.2014, saat 11:20


Dedim
Biraz işim vardır bu gün,

Sabahınız xeyir, dedim.

Vacib olan işlərimi,

Gedib birazca həll edim.



20.02.2014

VAR
Əziz və gözəl dostlar,

Sizin hər birinizə.

Səmimi hörmətim var.

Tək-tək bagrıma basıb,

Öpməyə cürətim var.

Sanıram ki səmimi.

Həm də mehriban olar.

İndi axşam qabağı,

Axşam, xeyir-duam var

02.10.2014, saat 15:55
DOST

Dost dostdursa, qəlb dostunun ülfətinə can verər,

Dostuna öz şöhrətini dost yolu qurban verər.

26.10.2014
* * *

Günaydına yetmədim,

İyi akşam deyəlim.

Əziz dostlar, sizlərə,

İyi hayat dilərim.

15.04.2014, saat 08:35

Dost
Dost dostdur, qucub öpər,

Dostu dost gözlə görər.

Dostluqda xəyanətə

Dost özü ölüb gedər.



14.10.2014, saat 20:15

* * *


Dərdimi bölüşənlər,

Mənim səmimilərim.

Həp sizlərə qurbandır,

Sizlə döyünən qəlbim.



Həyatıma yarsınız
Həlal olsun, çok iyi yapmısınız.

Qan birliyi dəyərimə varsınız.

Axı, siz ki, bu gün mənə arkadaş,

Ömrüm boyu həyatıma yarsınız.



Sübhün nuru
Hər sübhünüz gülə-gülə açılsın.

Üzünüzə sübhün nuru saçılsın.

Uğur olsun, işinizə günaydın,

Üzünüzə ay-ulduzdan baxılsın.



25.04.2014, saat 08:20

Salam!

Əziz və səmimi dostların sabahı xeyir.

Sübhdən xoş əhval tutun ki, axşama xoş çatasınız.

Axşamı xoş keçirib, gecə rahat yatasınız.

Uğurlar! Dostlar!

03.04.2014

Yanmasın
Aç qəlbini, de mənə,

Sinən odda yanmasın.

Onsuz da qəlbin itib,

Bəd əllərdə yanmasın.



30.4.2014, saat 15:55

XOŞ GƏLDİNİZ!
Yeni qoşulan dostlar,

Məclisə xoş gəldiniz.

Göz üstə yeriniz var,

Xoş səfa gətirdiniz.



22.11.2014, saat 20:20
Körpə deyilsən
Sən sevdikcə, körpələri sevəsən,

Axı, sən ki, indi körpə deyilsən.

Özün körpə olub indi böyüyüb,

Zamanınla bu gün körpə meyilsən.



30.04.2014, saat 17:35

Salamlar, ay Sevda xanım.

Səhifəyə nəzər saldım.

Sizlər ilə dost olmagı,

Bax, bu dəm qərara aldım.

20.07.2014, saat 14:20

İbrahim Rəndəçiyə
İbrahim Rəndəçi elə bildilər dülgərdi,

Mənə elə gəlir ki, söhbət dostluqdan gəldi.

Anlamaq çox çətinmi yazı-qələm dostunu,

Bu İbrahim Rəndəçi bir şair dost, qələmdi.



15.02.2014


Hər vaxtınız xeyir
Axşamınız da xeyir,

Hələ sabahınız da.

Daha xeyirli olsun,

Hələ hər vaxtınız da.



18.10.2014, saat 22:15


Bakıdan görüşərik
Dostlar bu an, sizə deyim hələlik,

Bu gün axşam, Bakıdan görüşərik.

Arzu-istək, başa gəlmiş dərdləri,

Görüşərkən, ürəkdən bölüşərik.



31.10.2014, saat 06:25


İnanın ki....
Son zamanlar facebooka gələndə,

İnanın ki, dala qaçmağım gəlir.

Dostlarımın üz-gözünü görəndə,

Ayaqlarım yerindəcə dirənir.



11.01.2015, saat 20: 35


İTHAFLAR


Solmaz xanım Aliyevaya ithaf
Həm ziyalı, həm zəkalı,

Solmaz xanım var həyalı.

Səmim qəlbi millət üçün,

Bu dövlətə var yararlı.


O həm qadın, həm anadır,

Sınmış qəlbə bir duadır.

Od olsa da, bir cəfadır,

Dərd-bəladan o aralı.


Çox səmimi, çox mehriban,

Bu Solmazı səmimi an.

Sabir Binnət, özünlə qan,

Bu millətin var maralı!



27.03.2014

Müəllimlərə
İşıqlı günlər sizin,

Müəllimlərimizin

Diləyirik hər zaman,

Açılsın üzünüzə.



16.11.2014
Nərgiz xanım Vəlizadəyə salamlar!
Ad gününüzü səmimi qəlbdən təbrik edi­rəm. Hər gününüzü və bütün ad günlərini­zi gülə-gülə qeyd edəsiniz. Sizə uzun ömür və can sağlığı arzu edirəm. Xanımlar gülü-çi­çəyi se­vərlər. Bu kompyu­ter­dən bacarıb is­tifadə edə bilmədiyimdən, gön­dərə bilmə­dim. Adım­dan şifahi bir dəstə şeirlə gül qəbul edin.
Günəş tək parlayarsan,

Gözlərimdə yanarsan.

Dünya-aləm bir olsa,

Təkcə mənim olarsan.


Mən Sabirəm, sən Nərgiz,

Gəl, baxçama ək nərgiz.

Dərim bir-bir o güldən,

Həmyar olaq ikimiz!



26.03.2014
LALƏ xanıma

Dəyərli LALƏ xanım,

Cox təşəkkür edirəm.

Gözəl hədiyyənizi,

Həsədlə seyr edirəm.

07.08.2014, saat 23:30
XANIMLARA
Gözəllik on doqquzdur,

Onun doqquzu dondur.

Bizim gözəllər üçün,

Don xırda bir oyundur.



15.03.2014, saat 23:10

Enfira xanım Əliyevaya ithaf
Təşəkkürlər sizə hanım,

Sizsiz benim duyğum, canım.

Allah bitirsin canımı,

Varsa əgər bir yalanım.


Budur mənim məhəbbətim,

Anama qonub həsrətim.

Vardır sizə nəsihətim.

Ananızı dünya bilib,

Ana görüb, ana deyə.
Sızlayıram, ana deyə.

Varmı ana bala deyə?

Sabir Binnəti özünə

Oğul bilib, bala deyə?



16.03.2014

Səkinə İlyasqızına
Bu Səkinə xanımın

Səsi-sorağı gəlmir,

Qızışmalar dayanıb,

Küyü beynimi dəlmir.


Hanı bizim o Borçalı balası,

O dağların var ətirli lalası.

Atlanır ürəyim dağa-dərəyə,

Könlüm istər, o yerlərdə qalası.



15.02.2014


Lalə Mikayılzadəyə
Təşəkkür edirəm, ay xanım Lalə,

Qövr etdi yaralar, basdı ah-nalə.

Dağların həsrəti dəlir sinəmi,

Ürəyim olubdur sanki piyalə.


Lalə xanıma
Yaraşır təbiət LALƏ xanıma,

Qoynunda laləli zümzüməsi var.

Əyləşib bu xanım seyr edən zaman,

Qəlbinin qəlb alan düzülməsi var.



29. 07.2014, saat19:15

* * *
Sabir Binnətoglu:

-Dəyərli LALƏ xanım,

Əlləriniz var olsun.

Qoy sizə şər atanın,

Dilləri də lal olsun!

Lale Mikayilzade: -Amin!

31.05.2014, saat 00:30

Zeynəb xanım
Gözəl gününüz olsun,

Eşqinizə nur dolsun.

Hərgah kənar olmayıb,

Daim sizinlə olsun!



03.06.2014, saat 12:10
İradə xanıma
Çox fikir etməyin, İradə xanım,

Nə qədər qorxsa da, gələcək dilə.

Gec deyil, zamanı yeni duydunuz,

Hələ vaxtına var, bax indən belə.



03.06.2014, saat 23:30
Şəfiqə xanım Axundovaya
Mənim kimi qəmgin baxır həyata,

İnanmıram gecəni qəmsiz yata.

Gün üzündən yoxdur ona bir əhval,

Taleyini tutub bir qəmli xəta.



07.06.2014, saat 20:15


Aygün Şamıyevaya
Bu gəlin kimi yarıdır?

Utancaqdır, vəfalıdır.

Əlində bir gülü də var,

Vallah, deyən həyalıdır.



01.072014, saat 21:35


Aygün Şamıyevaya
Gör nə qədər gözəldir ki,

İşlərindən xoşum gəlir.

Gülüşü çox özəldir ki,

Dişlərindən xoşum gəlir.



01.07.2014, saat 20:40

Kəmalə xanıma
Elə bil şəkildən meh gəlir, gözəl,

İstədim hüsnünə mən yazam qəzəl.

Sən demə, gələrmiş bir huri-mələk,

Təbiət baxımlı bir xanım əzəl.



03.07.2014, saat 17:00

Lalə xanıma
Girmişdim bir bağa güllər dərməyə,

Gördüm ki, hamısı boyun əydilər.

Sən demə, ortada varmış bir LALƏ,

Şahıdır güllərin, şahı lalələr.



03.07.2014, saat 17:15

Yeganə xanım Novruzovava
Gözəllər içrə özün,

Daha əziz gözəlsən.

Təki gəlsin hə sözün,

Min xanımdan əzəlsən.



08.07.2014, saat 17:55

Fidan Əliyevaya
Salam, Fidan xanım.

Həyat yolu səhifəni dolandım,

Ad gününüz təbrikinə oyandım.

Gec də olsa, dedim, təbrik eyləyim,

And içəndə, qoy düz çıxaydı andım.

Nurgün xanıma ithaf
Salamlar, ay Nurgün xanım,

Səhifənə nəzər saldım.

Mən gözəllik dəlisiyəm,

Məhz onu da sizdən aldım.




Nigar xanıma ithaf
Gülün ətri dəyişməz,

Hər gülün öz ətri var.

Heç də əvəz edilməz,

Gül bir güldür, o da yar.



20.07.2014


Aləmzər xanıma
Bir sözdür, Aləmzər gəldi deyirsən,

Taleyin bitməmiş gedən deyilsən.

Mən olan dünyanın gülü-çiçəyi,

Sən özün olmağa, vallah, meyilsən.



09.08.2014, saat 22:10

Fərəh Qurbaniyə
Çox iddəşib, çox dalaşdıq,

Axı, biz ki, dost qalmışdıq.

Xoş gördük, Fərəh xanım.

Mən könlümdə danışdım.

Qəflətən getməyinə,

Həm məhəttəl qalmışdım.

Ama xoş gün görməyi,

Ümdə arzulamışdım.



19.09.2014, saat 22:50

Böhtan atıblar
Salam, səmimi dostlara,

Ar olsun dost nadanlara.


Adını da bir yazarı qoyan bəzi beysavadlar,

Lalə Xanım Mikayılzadəyə böhtan atıblar.



Lalə Mikayılzadəyə
Güllər bənzədi gülə,

Dəqiq bənzəyirsiniz.

Yavaş, ay LALƏ xanım,

Gülləri əzərsiniz.

Göy cəməndə gül olub,

Lalətək gəzərsiniz.



30.09.2014, saat 19:15

Gözəlliyinə
Salamlar, ay AYSEL hanım,

Gözəlliyinə heyranım.

Ben şairim, sən sanatçı,

Belke bir aşk ünvanlayım.



12.10.2014, saat 17:00

Gözəlsiniz
Gözəl, ay LALƏ xanım,

Güllərdən gözəlsiniz.

Siz ehtiyatlı olun,

Gülləri əzərsiniz.



16.10.2014, saat 20:30

SƏADƏT xanıma
Gözəl-göyçək Səadət,

Sənlə olmasın bir dərd.

Taleyinə, gününə

Yönəlməsin hər namərd.


19.11.2014, saat 20:30



HEKAYƏLƏR VƏ PUBLİSİSTİKA



PAMBIQ TOPU

(Hekayə)
Bir yataq otağında idim. Nə o qədər qa­ran­lıq, nə də ki, işıqlı deyildi. Hərdən oldu­ğu kimi, ağ­zıüstə uzanıb yatmışdım. Beli­min ortasından, iki kürəyin aşağışı hissədən üç bir davana yumruq dəy­di. Yatmış vəziy­yə­timdən sol arxaya dönüb baxdım. Gözü­mə dəyən heç nə görünmədi. Uza­nıqlı hal­da üç dəfə “bissimillah” deyib, yeni­dən sol və ağzı üstə çöndüm. Dərhal məni yeni­dən, başqa vaxtı görə bilmədiyim dəli yuxu bas­dı. Üç-beş dəqiqə keçər-keç­məz həminki hal, olduğu kimi necə olmuşdusa, eləcə də təkrar etdi.

Ancaq, onu da deyim ki, yumruq o qədər də nə sərt, nə də ağır deyildi. Elə bil bədəni­mə pambıq topu dəyirdi. İncə və zərif əl yum­ruğu olduğunu sanki görürdüm.

Çox gənc və parlaq günlərimiz idi. Məni dəli­cəsinə sevən və mənim yavaş-yavaş hiss etdiyim, mənim də özümün onu sevməyə baş­ladığım bir vaxtdan söhbət açıram. Bu ən xırda bir epizoddur. Həmişə olduğu ki­mi, adı da, özü də ömürlük ürə­yi­mə həkk olub silinməyən, məxfi saxladığım o qızla yenə də görüşdük .

-Salam...!

-Salam...!

O mənə, mən ona baxıb nədən söhbət aç­ma­ğı­mızı bilmirdik. Axşam qaranlığı və pa­yızın soyuq günlərindən biri idi. Utandı­ğım­dan sir-sifət və bə­dənim tər suya qarış­mışdı. Əlimdə köhnənin qızıl tərkibli, qayışı qırılmış bir saatım var idi. Onu əlim­də qur­dalayırdım. Birdən o qız :

- O nədi, ver ona baxım-, dedi.

Mən isə, saatımdır, qayışı qırılıb, sənə aid de­yil, kişi üçündür-, dedim.

Qız :


- Eybi yoxdur, ver baxım-, dedi.

Mən:


- Sənə qadın üçün alaram, həm də ..., (ni­şan saatı olar sözlərini deyə bilmirdim) onda çoxlu ba­xarsan.- danışdıqca dilim to­puq vururdu.

O qız:


- Demirəm ver, baxım-, deyərək əlimdən al­maq istədi.

Onun əllərindən əllərimlə möhkəm tutuş­dum. Bir anlıq mənə elə bil əlavə bir güc gəl­­di. O qızın tit­rəyən əllərindən özümə tə­rəf çəkdim. Tutar-tutmaz dərhal əllərimi bu­raxıb o qızın belindən qu­caqladım. Onu özü­­mə çəkib utancaq və sevinc dolu gözlə­rindən oxuduğum kimi, sayrışan dodaq­la­rından öpməyə başladım. Necə qucaqlaş­mış­dıq­sa, özümüzdən asılı olmayaraq, o vaxt ayrıldıq ki, dan yeri sökülüb, sərçələr oxuyur.

O qız:

- Məni öldürəcəklər deyib, - mənə üç bir da­van­la yumruq atıb qaçdı. Mən isə saatımı da iti­rib, yarım ölmüş kimi mənzi­limə tərəf yollan­dım. An­caq gözüm arxada idi.



Yenə arxası və sağ tərəfə dönərək gözlə­rimdə canlananı həsrətlə könlüm axtarırdı. Qəfildən dik atıldım. Yenə olduğu kimi üç dəfə “bisimillah” de­dim və gördüm ki, sağ çiynim üstə, sağ qolum baş altıma uzanıqlı vəziyyətdə öz yatağımda yatıb oyanmışam.
Hardasan?
Bir zamanlar, bir çəməndə gəzişərdik, hardasan?

Hasar dibi, gecə zinrik, öpüşərdik, hardasan?


Gül dərərdik, məhəbbətin dəryasından, çayından,

Həzin-həzin, xəlvət-xəlvət görüşərdik, hardasan?

Xatirimdən çıxmayırsan, hər zaman, qəlbimdəsən,

Halım bərbad, sən oldun yad, könlüm fəryad, hardasan?


Xəyalımda, qənşərimdə canlanırsan həmişə,

Elə bil ki, körpə kimi nazlanırsan, hardasan?

Qismət ola, məhəbbətlə sənlə gülək hər zaman.

Canlanasan ürək dolu eşqımızlə, hardasan?


Xatırlayıb əski günü, dön geriyə, hardasan?

Xəyal oldun, ömür gödək, söylə görək, hardasan?

Gül ətrini sən bəxş edib, qeybə çıxdın gözümdən,

Mən də güldüm, yadındamı güləndə sən, hardasan?


İndi kimin sinəsinə yar oldun sən, ay gözəl?

Məndən uçub, hara gedib, hara qondun, hardasan?


Fikrim çaşır, hər yadıma düşəndə sən, hər zaman,

Sən Sabirin qucağında sönməliydin, hardasan?



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin