Könüllülük nədir və necə təşkil olunur?


Könüllünün əsas vəzifələri aşağıdakılardır



Yüklə 31,56 Kb.
səhifə7/7
tarix11.01.2022
ölçüsü31,56 Kb.
#110953
1   2   3   4   5   6   7
Könüllünün əsas vəzifələri aşağıdakılardır:

– işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq;

– qanunvericiliyə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;

– fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək;

– könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək;

– könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək;

– vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

– qanunvericiliklə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq.



Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilməlidir:

– müqavilə bağlayan tərəflər haqqında məlumatlar;

– tərəflərin hüquq və vəzifələri;

– görüləcək işlər və göstəriləcək xidmətlər;

– müqavilənin müddəti;

– tərəflərin məsuliyyəti;

– müqaviləyə xitam verilməsi qaydası.

Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə “Könüllü fəaliyyət haqqında”qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.



Azərbaycanda könüllü fəaliyyətin təşkilatçıları ölkə ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycanın könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər. Azərbaycanda könüllü fəaliyyətin təşkilatçıları və respublikamızın vətəndaşları xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət ilə məşğul ola bilərlər.

Füzuli rayon MKS-nin Metodika və Biblioqrafiya şöbəsi



Könüllülük nədir və necə təşkil olunur?

(Metodik vəsait)

Füzuli-2020
Yüklə 31,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin