Son zamanlar, səhmdarlar Baş İcraçı Direktorlarının (CEO) işinin nəzarətini artırıblarartırıblar və onları işdən kanarlaşdırmaq nadir haı deyil. Nəticədə, JC Penny, Proctor & Cambble, Barnes & Noble, Citigroup, Yahoo! və Carnival kimi böyük şirkətlərin Baş İcraçı Direktorları işdən qovulublar. Digər ölkələrdə isə Barclays, Carrefour, Siemens, Barrick və Rio Tinto kimi şirkətləri sadalamaq olar.
Satınalma (Takeovers)
Nə qədər səhimlərin qiyməti aşağı düşərsə, digər şirkət rahatlıqla onun səhimlərinin çoxunu əldə etməklə, onu satın ala bilər. Belə hal baş verəndə əvvəlki menecmentin işsiz qalmaq ehtimalı yüksəkdir.
İnvestorlar üçün Məlumat ( İnformation for investors)
Şirkətin maliyyə hesabatı informasiyası detallı və düzgün şəkildə investora çatdırılmasa korporativ idarəetmə fəaliyyətini tam yerinə yetirə bilməz. Şirkətin fəaliyyəti və təqdim etdiyi informasiya şəffaf olarsa korporasiyanın səhimlərinin qiymətinin düşməsi ilə problem dərhal özünü biruzə verəcək. Borc alan şirkətlər, korporasiyalar daim istiqraz reytinqini qiymətləndirən agentliklərin, qiymətli kağızlar analitiklarinin, bankların nəzarəti altındadırlar. ABŞ-da SEC (Security Exchange Commission) şirkətlərdə istifadə olunan mühasibat və maliyyə hesabatları üçün vahid standardlar tədbiq edir.