Maddə 14
1. Bu Müqavilə bütün Dövlətlər tərəfindən imzalanmaq üçün açıq qalır. Bu maddənin 3-cü bəndinə uyğun olaraq, bu Müqavilə qüvvəyə minənə qədər onu imzalamamış istənilən dövlət istənilən zaman ona qoşula bilər.
2. Bu Müqavilə onu imzalamış Dövlətlər tərəfindən ratifikasiya edilməlidir. Ratifikasiya və qoşulma haqqında sənədlər depozitari qismində müəyyən edilən Sovet Sosialist Respublikaları İttifaqı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatlarının Hökumətlərinə saxlanca verilir.
3. Bu Müqavilə hazırkı Müqavilənin depozitari qismində müəyyən edilən Dövlətləri də daxil olmaqla, beş dövlət tərəfindən ratifikasiya sənədlərinin depozitə verilməsindən sonra qüvvəyə minir.
4. Bu Müqavilənin qüvvəyə minməsindən sonra ratifikasiya və qoşulma haqqında sənədləri mühafizəyə verilən Dövlətlər üçün hazırkı Müqavilə onların ratifikasiya və qoşulma haqqında sənədin mühafizəyə verildiyi gündən etibarən qüvvəyə minir.
5. Depozitari Hökumətləri bu Müqaviləni imzalayan və ona qoşulan bütün Dövlətlərə hər bir imzalanma tarixi, mühafizəyə verilən ratifikasiya və qoşulma tarixi və bu Müqavilənin qüvvəyə minmə tarixi, o cümlədən digər bildirişlər haqqında məlumat verirlər.
6. Bu Müqavilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq, depozitari Hökumətləri tərəfindən qeydiyyata alınır.
Dostları ilə paylaş: |