Maddə 12
Ay və digər səma cismlərində olan bütün stansiyalar, qurğular və avadanlıqlar qarşılıqlı əsasda Müqavilə Tərəfi olan Dövlətlərin nümayəndələri üçün açıqdır. Bu nümayəndələr proqnozlaşdırılan səfər barədə müvafiq məsləhətləşmələrin aparılması, lazımi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və ziyarət olunacaq qurğunun normal əməliyyatlarına mane olmamaq üçün əvvəlcədən məlumat verirlər.
Maddə 13
Bu Müqavilənin müddəaları Müqavilə Tərəfi olan Dövlətlərin Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində Müqavilə Tərəfi olan bir və ya bir neçə Dövlətin birlikdə, o cümlədən beynəlxalq hökumətlərarası təşkilatlar tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, bütün fəaliyyətlərə münasibətdə tətbiq edilir.
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsinin həyata keçirilməsi ilə əlaqədar yaranan müəyyən təcrübi suallar Müqavilə Tərəfi olan Dövlətlər tərəfindən müvafiq beynəlxalq təşkilat, beynəlxalq təşkilatın üzvü və Müqavilə Tərəfi olan bir və ya bir neçə Dövlət arasında həll edilir.
Dostları ilə paylaş: |