Kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında Müqavilə



Yüklə 39,57 Kb.
səhifə7/7
tarix07.01.2022
ölçüsü39,57 Kb.
#85090
1   2   3   4   5   6   7
Maddə 15
Müqavilə Tərəfi olan hər bir Dövlət bu Müqaviləyə düzəlişlər təklif edə bilər. Düzəlişlər bu düzəlişləri qəbul edən, Müqavilə Tərəfi olan hər bir Dövlət üçün Müqavilə Tərəfi olan Dövlətlərin çoxluğu tərəfindən qəbul edildikdə və bundan sonra Müqavilə Tərəfi olan hər bir Dövlət üçün onların bu düzəlişləri qəbul etdikləri gündən qüvvəyə minir.
Maddə 16
Müqavilə Tərəfi olan hər bir Dövlət qüvvəyə minməsindən bir il sonra bu Müqavilədən çıxması barədə depozitari Dövlətlərə yazılı bildiriş göndərməklə məlumat verə bilər. Belə çıxma bu bildiriş alındıqdan bir il sonra qüvvəyə minir.
Maddə 17
Eyni qüvvəyə malik olan Çin, ingilis, fransız, rus və ispan dillərində olan mətnləri depozitari Dövlətlərin arxivində mühafizə olunmaq üçün verilir. Bu Müqavilənin lazımi qaydada təsdiq edilmiş surətləri depozitari Dövlətlər tərəfindən bu Müqaviləni imzalayan və ona qoşulan Dövlətlərin hökumətlərinə göndəriləcəkdir.

Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyəti olanlar bu Müqaviləni imzalamışlar.



Bu Müqavilə Moskva, Vaşinqton və London şəhərlərində üç nüsxədə 1967-ci il 27 yanvar tarixində imzalanmışdır.
Yüklə 39,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin