KREDİT RİSKLƏRİ
-
BORCLUNUN ÖZ BORCUNUN VAXTINDA GERİ QAYTARA BİLMƏMƏSİNDƏN ƏMƏLƏ GƏLƏN İTGİDİR.
Kredit riskləri üç əsas risklərə böıünür:
Kredit riskinin minimumlaşdırılması üçün portfelin diversifikasiyası,kredit reytinq sistemi,səlahiyyətlərin bölüşdürülməsi lazıımdır.
Diversifikasiya bankın kredit portfelini risklər üzrə müxtəlif kateqoriyalara bölünməsini və hər bir kateqoriyaya üzrə limitlərin müəyyən olunması əhəmiyyət kəsb edir.
Diversifikasiya sahələr,regionlar, kreditin növü, kreditin müddəti, məbləği və təminatı üzrə müəyyənləşdirilir.
Kredit reytinq sistemi –bank tərəfindən müəyyən edilirvə kredit portfeli risklərinin idarə edilməsi məqsədini daşıyır.
Kredit riski BORCALANLARIN müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi imkanını qiymətləndirir. Pul bazarı əməliyyatları ilə bağlı risk borcalanın hesablaşma zamanı vəsaitləri təmin etməsi imkanını əks etdirir. Xarici valyuta bazarlarında müqavilələrdə belə bir tələb qoyulur ki, hər bir tərəf razılaşdırılmış tarixdə müəyyən edilmiş valyutanı təmin etməlidir. Hesablaşma və ya “təmiz (hesablaşma) risk” tərəfdaşın valyutanın çatdırılmasını təmin etmədiyi halda yarana bilər. “Hesablaşma riski” öhdəliklər üzrə hesablaşmaların həyata keçirilməsi tarixinə kimi tərəfdaşın öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan itkidir. Burada risk müqavilənin əvəzləşdirmə qiymətinin faiz dərəcələrində əlverişsiz dəyişikliklər səbəbindən ilkin müqavilənin qiymətindən artıq olmasından ibarətdir. Həm “təmiz (hesablaşma) risk”, həm də hesablaşmadan əvvəlki valyuta riski üzrə ayrıca kredit limitləri təyin edilməlidir.
Kredit mütəxəssisləri kreditlərin qiymətləndirilməsini həyata keçirməlidirlər. Bu məqsədlə istifadə olunan standartlar kredit əməliyyatları üçün istifadə olunan standartlara uyğun olmalıdır.
Kredit mütəxəssisləri kredit riskləri və təsdiq olunmuş kredit xəttləri haqqında vaxtlı-vaxtında dəqiq məlumata malik olmalıdırlar. Mütəxəssislər hansı kredit limitlərinin pozulduğunu və həmin limit pozuntularının müvafiq siyasətlərin tələblərinə uyğun olaraq həll olunub-olunmadığını müəyyən etməlidirlər.
Dostları ilə paylaş: |