Ksq – 6 Tarix ( b variantı ) Ad, Soyad



Yüklə 241,33 Kb.
tarix17.04.2023
ölçüsü241,33 Kb.
#125507
Paylaşma! 9 ksq 6 (B)


Fənn - Coğrafiya Sinif: IX---- KSQ – 6


Tarix _____________ ( B variantı )


Ad, Soyad____________________________
( I səviyyə suallar, 4 sual hər biri 5 bal )


1) Doğum göstəricilərinin azaldılması istiqamət-
ində siyasət aparan ölkə: ( 5 Bal )
A) Almaniya B) Norveç C) İtaliya
D) Çin E) B. Britaniya


2) Əhalinin yaş tərkibində uşaqların sayının az
olduğu ölkələr: ( 5 Bal )
A) Çin, Hindistan B) Pakistan, Nigeriya
C) Yəmən, İran D) Braziliya, İndoneziya
E) Almaniya, İtaliya


3) Azərbaycanın hansı rayonunda təbii artım daha
aşağıdır? ( 5 Bal )
A) Qusar B) Cəlilabad C) Biləsuvar
D) Yardımlı E) Qobustan


4) ”Demoqrafik partlayışın” səciyyəvi olduğu ölkə-
lərdə əhalinin artımının əsas mənbəyi: ( 5 Bal )
A) Emiqrasiya B) Mexaniki artım
C) Urbanizasiya D) Təbii artım
E) Xarici miqrasiya


( II səviyyə suallar, 3 sual hər biri 10 bal )


5) Əhalinin kənddən şəhərə miqrasiyasının yarada
biləcəyi problemlər hansılardır? ( 10 Bal )
1. Kəndlərin boşalması torpaqlardan istifadənin
çətinləşməsi
2. Ölkədə şəhər əhalisinin çoxalması urbanizasiya
prosesinin güclənməsi
3. Şəhərdə sosial infrastruktur xidmətlərində
çətinləşmə
4. Ölkənin inkişafının sürətlənməsi
5. Sənayedə əhalinin daha çox çalışması
6. Kənd əhalisinin demoqrafik quruluşunun
pozulması
A) 2,4,5 B) 1,3,6 C) 1,2,6 D) 1,3,5 E) 2,4,6


6) ”Millətin qocalması”na təsir edən amilləri seçin.
1) Doğulanların artması ( 10 Bal )
2) Yaşlıların artması
3) Orta ömür müddətinin artması
4) Uşaqların sayının azalması
5) Erkən nigahlar
6) Gənclərin artması
A) 1,5,6 B) 2,3,4 C) 2,36 D) 1,3,6 E) 1,2,3


7) Fəal əhalinin çox hissəsinin kənd təsərrüfatı,
faydalı qazıntıların hasilatı, meşə tədarükü kimi
sahələrdə çalışdığı ölkələri təyin edin: ( 10 Bal )
1. Yaponiya 2. ABŞ 3. Mozambik
4. Efiopiya 5. Banqladeş 6. Almaniya
A) 1,3,5 B) 2,4,6 C) 2,3,5 D) 1,4,6 E) 3,4,5


( III səviyyə suallar, 2 sual hər biri 15 bal )


8) Ölkədə işsizlik 25 %, iqtisadi cəhətdən fəal
əhalinin sayı 12 milyon nəfər təşkil edir. Ölkədə
əmək qabiliyyətli əhalinin sayını hesablayın.
Həlli: ( 15 Bal )
A) 30 milyon B) 21 milyon C) 25 milyon
D) 18 milyon E) 16 milyon


9) Yaş-Cins piramidasına əsasən ölkələri
qruplaşdırın: ( 15 Bal )



1. Norveç
2. Pakistan
3. Konqo
4. Kanada
5. İndoneziya
6. İspaniya



A) A-2,3,5, B-1,4,6 B) A-1,2,5, B-3,4,6
C) A-2,4,6, B-1,3,5 D) A-3,4,5, B-1,2,6
E) A-1,3,6, B-2,4,5


( IV səviyyə sual, 1 sual 20 bal )


10) Düzgün fikirləri seçin: ( 0 – 20 Bal )
1. Adət-ənənə və dini amillər təbii artıma təsir
göstərə bilməz
2. İşsizlik səviyyəsi işsizlərin əmək ehtiyyatlarına
nisbəti ilə müəyyən edilir
3. Avropa doğumun ən yüksək olduğu regiondur
4. Təbii artımın kəskin dəyişməsinə demoqrafik
inqilab deyilir
5. Uşaqların ümumi sayına görə Çin və Hindistan
irəlidədir
6. Təbii artımın çoxluğu heç bir problem yaratmır
7. Avropa və Amerikada qadınların sayı daha
çoxdur
8. Qastarbayterlər İEOÖ-lərdə daha çoxdur


Cavab:_________ ( 1 düz cavab 5 bal )


Bal: ____ Qiymət:___ Müəllim:

Yüklə 241,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin