Geostrofik külək
Sürtünmə qüvvəsinin təsiri olmadıqda havanın düzxətli izobarlar boyunca havanın qərarlaşmış hərəkətinə Geostrofik külək deyilir. Geostrofik küləyin vektoru izobarlar boyunca ele yönəlmiş olur ki, alçaq
təzyiq sahəsi şimal
|
yarımkürəsində
|
hərəkət
|
istiqamətindən solda, cənub
|
yarımkürəsində
|
isə sağda
|
qalır.
| | |
küləyin
sürəti
aşağıdakı düsturla
Geostrofik hesablanır:
1 p
Vg l n
burada, ρ – havanın sıxlığı, l – Koriolis parametri.
Geostrаfik külək
Şəkil 3. düzxətli izobarlar boyunca geostrofik
küləklərin inkişafi
Hündürlükdən asılı olaraq küləyin sürət və istiqaməti dəyişir. Yer səthindən 1000-1500 m hündürlüyə qədər olan təbəqədə (sürtünmə təbəqəsi) hündürlüyə qalxdıqca sürtünmə qüvvəsinin təsiri azalır, buna görə də, hündürlüyə qalxdıqca küləyin sürəti artır və istiqamətini qradiyent olana qədər sağ tərəfə dəyişir. Hündürlüyə qalxdıqca üfüqi barik qradiyent qüvvəsinin vektorundan sapma bucağı tədricən artır və 1000…1500 m hündürlükdə 90°-yə çatır.
Şəkil 4. Sürtünmə təbəqəsində küləyin istiqamət və sürətinin hündürlükdən asılı olaraq dəyişməsi
(Ekman spiralı)
Sürtünmə təbəqəsindən yuxarıda, sərbəst atmosferdə küləyin sürəti hündürlükdən asılı olaraq həm arta, həm də azala bilər. Burada küləyin həm sol, həm də sağ tərəfə dönmələri müşahidə olunur, bəzən isə, yer səthindəki küləyə əks istiqamətdə əsən hava axınları da mövcud olur.
Belə ki, sürtünmə təbəqəsindən yuxarıda külək müvafiq
səviyyənin izobarları boyunca yönəlmiş
olduğuna görə sərbəst atmosferdə küləyin dəyişkənliyi barik sahənin yenidən qurulması ilə şərtlənir. Buna görə də üfüqi barik qradiyent qüvvəsinin istiqaməti də dəyişmiş olur.
Dostları ilə paylaş: |